Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2616/2023 12.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı Ağabəğ oğlunun iştirakı ilə İddiaçı Ağabəğ oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 12 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Ağabəğ oğlu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3200 (üç min iki yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ağabəğ oğlu iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, 2017-ci ildə tanışı Cəlilabad Rayon İcra Hakimiyyətində iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh onu İcra Hakimiyyətində işə düzəldəcəyini demiş və o da, bununla razılaşıb Ziyafətin ondan istədiyi 6000 (altı min) manat pulu 2017ci ilin iyul ayında İcra Hakimiyyətində Ziyafətə vermişdir. Ziyafət bir müddət ona gözləməsini demiş, lakin sonradan aldadıldığını başa düşərək 2020-ci ildə pulunu geri istəmişdir. Ziyafət qardaşı Üzeyir vasitəsi ilə ona 2800 manat pulu geri vermiş, lakin qalan 3200 manat pulu isə geri qaytarmamışdır. Pulunu tələb etdikdə Ziyafət müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən o, Cəlilabad rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 2022-ci ilin dekabr ayında Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılmış Cavabdeh ona borclu olması faktı öz əksini tapmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razılığı olmasını nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmiş və işə qiyabi icraat qaydasında baxılması barədə 12 dekabr 2023-cü il tarixdə qərardad çıxarmışdır. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, İddiaçı 2017-ci ilin iyul ayında 6000 (altı min) manat pulu onu işə düzəltməsi üçün Cəlilabad Rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh iş otağında vermişdir. Həmin vaxt İddiaçı yanında o, və X7 da olmuşdur. 2020ci ildə Cavabdeh qardaşı Üzeyir vasitəsi ilə İddiaçı 2800 manat pulu geri qaytarmışdır. Lakin İddiaçı sonradan qalan 3200 manat pulu Cavabdeh tələb etdikdə, Cavabdeh həmin pulu 2 il ərzində qaytaracağına söz versə də, lakin qaytarmamışdır. İş üzrə şahid qismində dindirilmiş X7 da məhkəmədə eyni məzmunlu izahat verərək şahid X2 izahatında qeyd etdiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçını və şahidləri dinləyib, işdə olan sübutları hərtərəfli və tam araşdırıb, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Ağabəğ oğlunun müraciəti mülki xarakterli məsələ olduğu üçün toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.Ona iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X1 rayon Polis şöbəsində verdiyi izahatında İddiaçı Ağaverdi oğlunu qardaşı Cavabdeh tanışı kimi tanıdığını, qardaşı Ziyafətin uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkdiyi üçün Bakı şəhərində yaşadığını, qardaşının İddiaçı borclu olduğu 6000 (altı min) manat puldan 2800 (iki min səkkiz yüz) manatını qaytardığını, qalan borcunu isə maddi imkanı olmadığı üçün qaytara bilmədiyini və həmin borcun hansı səbəbdən yaranması barədə məlumatının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəlilabad Rayon İcra Hakimiyyətində iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində işləmiş Cavabdeh İddiaçı İcra Hakimiyyətində işə düzəldəcəyini demiş və sonuncu da, bununla razılaşıb Ziyafətin ondan istədiyi 6000 (altı min) manat pulu 2017-ci ilin iyul ayında İcra Hakimiyyətində Ziyafətə vermişdir. Ziyafət bir müddət ona gözləməsini demiş, lakin sonradan İddiaçı 2020-ci ildə pulunu geri istəmişdir. Ziyafət qardaşı Üzeyir vasitəsi ilə İddiaçı 2800 manat pulu geri vermiş, lakin qalan 3200 manat pulu isə qaytarmamışdır. Bu səbəbdən Quliyev X4 rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 2022-ci ilin dekabr ayında Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılmış Cavabdeh İddiaçı borclu olması faktı öz əksini tapmışdır. Cavabdeh İddiaçı Ağabəğ oğluna 3200 (üç min iki yüz) manat məbləğində borclu olması şahidlərin verdiyi ifadələr və iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar ilə də təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün iştirakçılar arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3200 (üç min iki yüz) manat pul alınıb İddiaçı Ağabəğ oğluna verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-243-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat pul alınıb İddiaçı Ağabəğ oğluna verilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə, ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2616/2023
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-2616/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver