Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2616/2025 30.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Cəlilabad Rayon Qeydiyyat öbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun 14 noyabr 2015-ci il tarixdə Cəlilabad rayonu, Kazımabad kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Cəlilabad rayonunun Kazımabad kədində doğulmuşdur. X2 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2015-ci ildə vəfat etmişdir. Həmin vaxt hüquqi savadının olmamağından və başları hüzür mərasıminə qarışdığı üçün X2na ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda X2 adına Cəlilabad rayonu Kazımabad kəndində torpaq sahəsi olduğundan və həmin torpaq sahəsini öz adına keçirmək üçün istər Cəlilabad Rayon Notariat Ofisinə, istər Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə müraciət etsə də, lakin ona bildirmişdirlər ki, X2nun ölüm haqqında şəhadətnamə olmalıdır. Buna görə o, mərhum X2nun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxsndə ona bildirmişlər ki, mərhum qardaşının ölümünü qeydə almaq üçün həkim arayışı olmalıdır. Həkim arayışı olmadığından qardaşının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Ərizəçi də mərhum X2nun ölümünü təsdiq edən ölüm arayışını əldə edə bilmədiyi üçün qardaşının ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən məzmunda izahat verib, mərhum X2 adına Cəlilabad rayonu Kazımabad kəndində torpaq sahəsini sənədləşdirmək üçün qardaşının ölüm haqqında şəhadətnaməsini almağın zəruri olduğunu bildirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən qardaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında arayışın surətindən görünür ki, X5 xx.xx.1964-cü il tarixdə Cəlilabad rayonu, Muğan kəndində anadan olmuşdur; - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/-8-334/2025 nömrəli arayışından görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin və digər hüquq müəyyən edici sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. - “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-32/2-H-374-42-145/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş X3 ölümü ilə bağlı Cəlilabad RMX-də heç bir məlumat aşkar olunmamışdır. - Qəbirüstü abidənin fotoşəklindən görünür ki, üzərində “X5 xx.xx.1964-2015.14.Xİ" yazısı əks olunmuşdur; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, mərhum onun həyat yoldaşıdır, mərhum X1 yaranan xəstəliyə görə 14 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısıdır, mərhum X2 xəstəlikdən əziyyət çəkirdi, öldüyü vaxt başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin qardaşıdır. X5 xx.xx.2015-ci ildə Cəlilabad rayonu Kazımabad kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat Şöbəsi tərəfindən X5 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü X3 14 noyabr 2015-ci il tarixdə Cəlilabad rayonu Kazımabad kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X3 14 noyabr 2015-ci il tarixdə Cəlilabad rayonu Kazımabad kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2616/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2616/2025
30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver