Məhkəmə qərarları › İş №2(073)-2656/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2656/2023

04.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2656/2023 04.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X11, anası X8 olmaqla xx xxxx 2005-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulması faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxx 2005-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində X11 ilə X4 faktiki nikahlarından doğulmuşdur. Valideynləri vaxtında Cəlilabad rayonu Qeydiyyat Şöbəsinə müraciət etmədikləri üçün onun (ərizəçinin) doğulması barədə doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət edilsə də, onun doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığndan doğumun qeydə alınmasının mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Lakin qeyd edilən səbəbdən həmin hüququndan istifadə edə bilmir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. Ərizəçi onunla (şahidlə) X7 faktiki nikahlarından xx xxxx 2005-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində ev şəraitində doğulmuşdur. Uşaq doğulduqdan sonra vaxtında müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiklərindən qızı Zəhranın doğulması barədə doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət edilsə də, qızı Zəhranın doğumu haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığndan doğumun qeydə alınmasının mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Doğum faktının müəyyən edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Lakin qeyd edilən səbəbdən ərizəçi həmin hüququndan istifadə edə bilmir. Buna görə də ərizə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 Gözəl Maşalla qızının ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Cəlilabad rayon Muğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli şəkilli arayışdan görünür ki, Muğan kənd İƏD üzrə nümayəndəliyin 18 saylı təsərrüfatbaşına kitabın 68-ci səhifəsinə əsasən X2 rayonunun Maşlıq kəndində doğulmuş, atası X11, anası X5r. İşdə olan Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.2005-ci ildə doğulması haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından Maraqlı şəxsndə onun doğumunun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxx 2005-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində X11 ilə X4 faktiki nikahlarından doğulmuşdur. Ərizəçinin doğumu barədə akt qeydi aparılmadığı üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X11, anası X8 olmaqla xx xxxx 2005-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar