Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-266/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X9 22 iyun 1998-ci ildə Cəlilabad rayonunun Alar kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, oğlu X13 22 iyun 1998-ci ildə vəfat etmiş, Cəlilabad rayon Maşlıq kənd qəbriistanlığında dəfn edilmişdir. Həmin vaxt savadsız olduğundan və qanunları bilmədiyindən oğlunun ölməsi barədə rəsmi dövlət orqanlarına məlumat verməmiş və bu səbəbdən də ölüm akt qeydi aparılmamışdır. Hazırda ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun ölümü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Uşağı ölərkən iki yaşında idi, buna görə də qəbir daşı da qoymamışlar. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı arvadıdır. X2 isə onun (şahidin) qardaşı oğlu olub. Uşaq 1998-ci ilin iyun ayında xəstə olduğu üçün onu Bakı şəhərinə xəstəxanaya aparmaq üçün yola çıxmışlar və həmin vaxt uşaq vəfat etmiş, geri qayıtmışlar. Uşağı dəfn ediblər, lakin həmin vaxt məzar üstünə baş daşı əvəzinə taxta qoymuşlar. Ölüm hadisəsi barədə rəsmi dövlət orqanlarına məlumat verməmişlər və bu səbəbdən də ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı arvadıdır. X2 isə onun (şahidin) qardaşı oğlu olub. Uşağı 1998-ci ilin iyun ayında xəstə olduğu üçün onu Bakı şəhərinə xəstəxanaya aparmaq üçün yola çıxmışlar və həmin vaxt uşaq vəfat etmiş, geri qayıtmışlar. Uşağı Maşlıq kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin uşağını xəstə olduğu üçün Bakı şəhərinə xəstəxanaya aparmışlar, uşaq vəfat etmişdir, həmin vaxt yay fəsli olub. Uşağı Maşlıq kənd qəbristanlığında dəfn ediliblər. İşdə olan Cəlilbad rayon Svetlaya Zarya kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamədən surətindən görünür ki, X13 xx.xx.1996-cı ildə doğulmuşdur, atası X10, anası Yarıyeva (Nəcəfova) Mehparə Cavan qızıdır. İşdə olan Cəlilbad rayon İHB Muğan kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 atası X4 dediyinə görə 22 iyun 1998-ci ildə vəfat etmişdir və Maşlıq kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçinin əri X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X9 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X11 X15 rayon X7 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 22 iyun 1998-ci ildə vəfat etmiş X9 Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ölüm haqqında tibbi qeydiyyatı olmadığından, ölüm haqqında tibbi şəhadətnamə qaydalarını Cəlilabad rayon Məhkəməsinə müraciət edərək əldə etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X13 22 iyun 1998-ci ildə vəfat etmiş, Cəlilabad rayon Maşlıq kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə oğlunun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X9 22 iyun 1998-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 may 1996-cı ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulmuş X9 22 iyun 1998-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-266/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-266/2025
31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver