Məhkəmə qərarları › İş №2(073)-2680/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2680/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2680/2025 09.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 1969-cu il tarixdə doğulmuş mərhum X1 21 iyul 1984-cü il tarixdə Cəlilabad rayonu, Əliqasımlı kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1978-ci il tarixdə Cəlilabad rayonu, Əliqasımlı anadan olmuşdur. Ondan başqa valideynlərinin 6 övladı olmuşdur. 16 aprel 1969-cu il tarixdə doğulmuş qardaşı X7 21 iyul 1984-cü il tarixdə 15 yaşında yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Lakin qardaşı Habil Məmmədovun doğum akt qeydi aparılsa da, ona məlum olmayan səbəbdən onun ölümü qeydə alınmamışdır. Hal-hazırda valideynlərinin hər ikisi vəfat etmişdir. Onların vəfatından sonra valideynlərindən miras qalmış həyətyanı torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirərkən vəfat etmiş X1 ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. X1 ölüm akt qeydi aparılmadığı üçün bu problem yaratmışdır. O, X1 ölüm akt qeydinin aparılması üçün əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin oradan ona rəsmi cavab verilmişdir ki, qardaşının ölümü ilə bağlı Cəlilabad MRX-da heç bir məlumat olmadığı üçün tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Daha sonra o, Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxsndə ona bildirmişlər ki, qardaşının ölümünü qeydə almaq üçün tibbi şəhadətnamə lazımdır. Tibbi şəhadətnamə olmadığından qardaşının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də ərizəçi qardaşının ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən məzmunda izahat verib, torpaq sahəsinin sənədləşmə işlərinin aparılması üçün qardaşının ölüm haqqında şəhadətnaməsini almağın zəruri olduğunu bildirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən qardaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Cəlilabad rayonu, Əliqasımlı kəndində anadan olmuşdur; - doğum haqqında arayışın surətindən görünür ki, X8 xx.xx.1969-cu il tarixdə Cəlilabad rayonu, Əliqasımlı kəndində anadan olmuşdur; - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 12/1537 nömrəli arayışından görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin və digər hüquq müəyyən edici sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır; - “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-32/2-M-385-42-150/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1969-cu il tarixdə anadan olmuş X3 ölümü ilə bağlı Cəlilabad RMX-də heç bir məlumat aşkar olunmamışdır; - Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Əliqasımlı kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-41/2-8-166-2025 saylı xx.xx.2025 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1984-cü il tarixdə avtoqəza nəticəsində vəfat etmiş, Cəlilabad rayonu, Əliqasımlı kənd qəbiristanlığında dəfn olunmuşdur; - Qəbirüstü abidənin fotoşəklindən görünür ki, üzərində “X7 15.İV.1964-21.Vİİ.1984" yazısı əks olunmuşdur; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçinin yaxın qohumudur, mərhum X8 avtoqəza nəticəsində xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur, mərhum X8 uzun müddət əvvəl vəfat etmiş, Cəlilabad rayonu, Əliqasımlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin qardaşıdır. X6 xx.xx.1984-cü ildə Cəlilabad rayonu Əliqasımlı kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X8 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü X3 21 iyul 1984-cü il tarixdə Cəlilabad rayonu Əliqasımlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X3 21 iyul 1984-cü il tarixdə Cəlilabad rayonu Əliqasımlı kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar