Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2682/2025 09.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında 0,07 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0,07 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, inventar nömrəsi 2072 olan "Texniki pasport" verilməklə xüsusi mülkiyyət kimi çıxarış verilmişdir. Cavabdehlərin əvvəllər yaşamağa yerləri olmadığına görə anası Adilə Abdullayeva tərəfindən cavabdehlərə müvəqqəti olaraq yaşamaqları üçün icazə verilmişdir ki, müəyyən müddət yaşasınlar və özləri üçün ayrıca ev tapsınlar. Lakin bundan bir müddət keçdikdən sonra cavabdehlər evdən çıxmayacaqlarını bildirmişlər. Onun mülkiyyətçi olaraq həmin evə sərəncam hüququ olsa da, lakin faktiki olaraq istifadə edə bilmir. O, həmin evi satmaq istəsə də, cavabdehlər buna hər vəchlə maneə olurlar. Hal-hazırda cavabdehlər ona məxsus olan fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən dəfələrlə torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, onlar buna məhəl qoymurlar, heç bir əsaslı səbəb göstərmirlər, onlara edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmırlar və əksinə olaraq hal-hazırda da qanunsuz əməllərini davam etdirməklə münaqişə yaradırlar. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən də onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, qeyd edilən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, inventar nömrəsi 2072 olan "Texniki pasport"la xüsusi mülkiyyət hüququ əsasında İddiaçı verilmişdir. Hal-hazırda cavabdehlər həmin fərdi yaşayış evində yaşayır və bütün xəbərdarlıqlara baxmayaraq çıxmırlar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2016-cı ildən həmin evdə yaşayır, elə həmin vaxtda 10.000 manat pul verib torpaq sahəsini almışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və onun xüsusi mülkiyyətindədir; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Asan-Masallı tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Cəlilabad rayonu, Göytəpə şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin evdə X8, X3, X4 da qeydiyyatdadırlar; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 2072 inventar nömrəli “Texniki pasport”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 111,6 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı məxsusdur; - Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısının Göytəpə Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli, 5-11/2-3-1217/2025 nömrəli arayışa əsasən, Səmədov X2 rayonu, Göytəpə şəhəri, ünvan 4 ünvanda qeydiyyatda olmasına baxmayaraq, hazırda ünvan 1 ünvanında faktiki olaraq yaşayır və onun ailə üzvləri həyat yoldaşı Cavabdeh2, övladları X5 və X6 ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir, cavabdehlərin ona məxsus torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalarını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Hazırki mülki iş materiallarından görünür ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzrə xüsusi mülkiyyət hüququ mövcuddur. Bu baxımdan məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Cavabdehlərin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. İddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, cavabdehin ailə üzvləri və əşyaları ilə birlikdə mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində məskunlaşması, iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh hazırda iddiaçıya məxsus fərdi yaşayış evində yaşayır. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehin isə mövcud vəziyyətdə həmin evdən istifadə hüququ olmadığından iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Səmədova X7 rayonu, Göytəpə şəhəri, Əşrəf Hüseynov küçəsi, ev 18 ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evindən çıxarılmalıdırlar. İş üzrə ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Səmədova X7 rayonu, Göytəpə şəhəri, Əşrəf Hüseynov küçəsi, ev 18 ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 111,6 kv/m olan fərdi yaşayış evindən çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2682/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2682/2025
09.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver