Məhkəmə qərarları › İş №2(073)-2683/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2683/2025

05.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2683/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı Xudaşükür oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Xudaşükür oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xudaşükür oğlunun cavabdehlər Cavabdeh1 Böyükxan oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Cəlilabad rayonu, Məlikqasımlı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1,2307 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 25 fevral 1984-cü il tarixdə Cəlilabad rayonu, Kazımabad kəndində doğulmuş və hal-hazırda da həmin kənddə yaşayır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ona və ailə üzvlərinə Cəlilabad rayonu, Kazımabad kəndi ərazisində ümumilikdə 1,2307 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahasi 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsində qeydiyyata alınmış və Dövlət reyestrindən çıxarış almışdır. 11 iyul 2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin X6 Yerquruluşu üzrə mühəndisləri tərəfindən onun və ailə üzvlərinin birgə mülkiyyətində olan 1,2307 ha torpaq sahəsinin nöqtələri yerində ölçülərək ona təhvil verilərkən müəyyən edilmişdir ki, cavabdehlər ona və ailə üzvlərinə məxsus torpaq sahəsini zəbt edərək əkin işləri aparmışlar. O, cavabdehlərə bu barədə xəbərdarlıq edərək, torpaq sahəsini geri qaytarmalarını tələb etmiş, lakin cavabdehlər onun bu tələbinə məhəl qoymamışlar. O, hətta bu barədə Cəlilabad Rayon Polis X11 Bölməsinə də şikayət ərizəsi müraciət etmişdir. Ona torpaq sahəsinin geri alınması ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul olyunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Xudaşükür oğlu qeyd etmişdir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun torpaq üzərində olan mülkiyyət və istifadə hüquqları pozulmuş, torpaq sahəsindən qanuni mülkiyyətçi kimi istifadə etməsi qeyrimümkün olmuşdur. Bu səbəbdən də, hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 eyni məzmunlu izahat verərək bildirdilər ki, uzun müddətdir ki, mübahisə predmeti olan torpaq sahəsi onların istifadəsindədir, həmin torpaq sahəsinin dövlət qeydiyatına alınaraq, müvafiq çıxarışın verilməsi üçün inzibati məhkəməyə müraciət edəcəklər. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********75 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən 1,2307 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Xudaşükür oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 178 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 02 dekabr 2025-ci il tarixli, 3-21-3-44/2-9384/2025 saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Kazımabad kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********75 reyestr (356A) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın A№763324 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı Xudaşükür oğlu və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,2307 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddia tələbinə görə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xəzair oğlunun faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Cəlilabad rayonu Kazımabad kəndi ərazisində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********75 reyestr (356A) nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın A№763324 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən İddiaçı Xudaşükür oğlu və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,2307 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə iddia tələbinə görə cavabdehlər Cavabdeh4, Cavabdeh1 Böyükxan oğlu, Cavabdeh2 və Cavabdeh3 Xəzayir oğlunun faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1,28 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi (üst-üstə düşdüyü) müəyyənləşdirildi. Mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə və üst-üstə düşmə vəziyyəti, ölçüləri (eni və uzunu) və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir; - mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia tələbi irəli sürmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - 20 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Xudaşükür oğlu məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ekspertiza xərcini təşkil edən 95 (doxsan beş) manat pul vəsaiti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hesablaşma hesabına ödəmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasəntorpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir . Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakından maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən mütəxəssis rəyləri, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********75 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən 1,2307 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Xudaşükür oğlunun, X2, X1, X3, X5, İmanova aynur Xudaşükür qızının və X4 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********75 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Xudaşükür oğluna məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən 1,2307 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 çıxarılmalı, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ekspertiza xərcini təşkil edən 95 (doxsan beş) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 Böyükxan oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Xudaşükür oğluna ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********75 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Xudaşükür oğluna məxsus olan Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən 1,2307 kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ekspertiza xərcini təşkil edən 95 (doxsan beş) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Xudaşükür oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar