Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2707/2024 25.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdehlər İddiaçı və X1 qarşı cavabdehlərin ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdelərdən "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair mülki işə Cəlilabad rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti cavabdehlər İddiaçı və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdelərdən "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı Cavabdeh2nə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında Cəlilabad şəhəri, Təbriz küçəsi 73 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə bağlanmış 36/05 saylı protokolun etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(005)- 2503/2024 saylı qərardadı ilə, Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında Cəlilabad şəhəri, Təbriz küçəsi 73 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə bağlanmış 36/05 saylı protokolun etibarsız sayılması tələbinə dair 2(005)-2503/2024 saylı mülki iş, Cəlilabad Rayon Məhkəməsinin icraatında olan 2(073)-878/2024 saylı mülki işlə bir icraatda birləşdirilib baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli 2(073)-878/2024 və 2(073)-2707/2024 saylı mülki işlərin birləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə… Qərara aldı: Cəlilabad Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdehlər İddiaçı və X1 qarşı cavabdehlərin ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdelərdən "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair 2(073)-878/2024 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında Cəlilabad şəhəri, Təbriz küçəsi 73 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə bağlanmış 36/05 saylı protokolun etibarsız sayılması tələbinə dair 2(073)-2707/2024 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2707/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2707/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver