Məhkəmə qərarları › İş №2(073)-276/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-276/2025

24.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-276/2025 24.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mərhum anası X3/ından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma/ Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı 2,4601 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul edilməsi faktının müə və həmin miras əmlaka qanun üzrə vərəsə tanınması və mərhum anası X1 miras qalmış (Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə mərhum atası X2 verilmiş 1,4 ha və 0.49 ha həyətyanı torpaq sahəsi və həmin 0,49 ha torpaq sahəsində yerləşən lerdi yaşayış evinə miras əmlakı qəbul edilməsi faktının və həmin miras əmlaka qanun üzrə vərəsə tanınması tələbinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3/ından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma/ Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı 2,4601 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul edilməsi faktının müə və həmin miras əmlaka qanun üzrə vərəsə tanınması və mərhum anası X1 miras qalmış (Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə mərhum atası X2 verilmiş 1,4 ha və 0.49 ha həyətyanı torpaq sahəsi və həmin 0,49 ha torpaq sahəsində yerləşən lerdi yaşayış evinə miras əmlakı qəbul edilməsi faktının və həmin miras əmlaka qanun üzrə vərəsə tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, iş üzrə əlavə sübutların təqdim edilməsi iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı mərhum anası X3/ından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma/ Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cəlilabad rayonu Sabirabad kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı 2,4601 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul edilməsi faktının müə və həmin miras əmlaka qanun üzrə vərəsə tanınması və mərhum anası X1 miras qalmış (Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə mərhum atası X2 verilmiş 1,4 ha və 0.49 ha həyətyanı torpaq sahəsi və həmin 0,49 ha torpaq sahəsində yerləşən lerdi yaşayış evinə miras əmlakı qəbul edilməsi faktının və həmin miras əmlaka qanun üzrə vərəsə tanınması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar