Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-278/2025 06.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, **********62 reyestr nömrəli. ********** qeydiyyat nömrəli çıxarışlara əsasən mülkiyyət hüququ üzrə bizə məxsus olan Cəlilabad rayonu Bayxanlı kəndində yerləşən 0,75 ha və 1,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmaqla onlara təhvil verilməsi və torpaq sahələri üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, **********62 reyestr nömrəli. ********** qeydiyyat nömrəli çıxarışlara əsasən mülkiyyət hüququ üzrə bizə məxsus olan Cəlilabad rayonu Boyxanlı kəndində yerləşən 0,75 ha və 1,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmaqla onlara təhvil verilməsi və torpaq sahələri üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.. İşin məhkəmə iclası 06 fevral 2026-cı il tarixə saat 12:05-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclaslarına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iş üzrə İddiaçı1 tərəfindən göndərilmiş ərizədən görünür ki, İddiaçı1 mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı1 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (05 noyabr 2024-cü il tarixli, 32751 nömrəli qəbz) İddiaçı1 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli, **********62 reyestr nömrəli. ********** qeydiyyat nömrəli çıxarışlara əsasən mülkiyyət hüququ üzrə bizə məxsus olan Cəlilabad rayonu Bayxanlı kəndində yerləşən 0,75 ha və 1,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmaqla onlara təhvil verilməsi və torpaq sahələri üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (05 noyabr 2024-cü il tarixli, 32751 nömrəli qəbz) İddiaçı1 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-278/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-278/2025
06.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver