Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-279/2025 07.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 25 iyul 2008-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, mərhum həyat yoldaşı X3 ilə 1988-ci ildə ailə qurmuşlar. Lakin mərhum həyat yoldaşı Zakir Novruzov 25 iyul 2008-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində ürək çatışmamazlığı xəstəliyi səbəbindən vəfat etmiş və kənd məzarlığında dəfn olunmuşdur. Həyat yoldaşı rəhmətə gedən zaman, hüzürə başları qarışdığından və ölüm haqqında şəhadətnamə lazım olmadığı üçün mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə alınmamışdır. 1997-ci il tarixdə ona və mərhum həyat yoldaşı X2 adına Cəlilabad rayon Üçtəpə kəndində 0.93 hektar toraq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi üçün çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdiyində bilmişdir ki, mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Buna görə o, mərhum həyat yoldaşı X2 ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 10 avqust 1955-ci il tarxdə doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 1281/12 saylı nikah haqqında arayışdan görünür ki, X3 ilə X1 nikahlarını 01 oktyabr 1988-ci il tarxdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 saylı qeydiyyat aparılaraq, arvada Novruzova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş mərhum X2 məzar daşının fotoşəklində doğum tarixi xx.xx.1955-ci il, ölüm tarixi isə xx.xx.2008-ci il göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi əri X3 25 iyul 2008-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində vəfat etmişdir. Sonradan ərizəçi əri Zakir Novruzovun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş ərinə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, 10 avqust 1955-ci il təvəllüdlü X2 25 iyul 2008-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 10 avqust 1955-ci il təvəllüdlü X2 25 iyul 2008-ci il tarixdə Cəlilabad rayonu Üçtəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-279/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-279/2025
07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver