Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-28/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Qarşılıqlı iddiaçı X12 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk İddiaçı cavabdeh X14 qarşı cavabdeh X12 mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş, 216 inventar nömrə ilə qeydə alınmış, ümumi sahəsi 66,48 kv/m olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi tələbinə dair ilk, qarşılıqlı iddiaçı X12 cavabdeh İddiaçı qarşı 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və evə çəkilən xərcin dəyəri qismində 15000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddialar üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk İddiaçı cavabdeh X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş, 216 inventar nömrə ilə qeydə alınmış, ümumi sahəsi 66,48 kv/m olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı X9 Elşən Balamirzə oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı X16 və nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və evə çəkilən xərcin dəyəri qismində 15000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmənin əvvəlki iclasında ilk İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, onun torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi Cəlilabad rayonu Söyüdlü kəndində yerləşir və mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, Cəlilabad rayonu Naftuluq (hazırki adı Söyüdlü) kəndi ərazisində ona həyətyanı torpaq sahəsi verildikdən sonra o, öz vəsaiti hesabına həmin torpaq sahəsi üzərində ev inşa etmiş və həmin ev 1993-cü ilin may ayında 216 invertar nömrə ilə qeydiyyata alınmaqla ona həmin fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Ona məxsus olan fərdi yaşayış evi 1 mərtəbəli, 3 otaqlı olmaqla, ümumi sahəsi 66,48 kv/m-dən ibarətdir. Həmin torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin plan və ölçüsü sənədləri də mövcuddur. Lakin cavabdeh X16 ona məxsus olan həmin evdə yaşayır. O, dəfələrlə cavabdehdən ona məxsus həmin fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdeh Elminaz Əbdulova ona əhəmiyyət verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Elminaz Əbdulovaya ev satmamışdır və dəfələrlə Elminaz Əbdulovanın evdən çıxmasını tələb etmişdir. Sonda iddasının təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X16 ilk iddianı etiraf edərək, qarşılıqlı iddianı da müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında işləmiş və yaşamışdır. Əri vəfat etdiyinə görə 2004-cü ildə Cəlilabad rayonuna qayıtmış və yaşamaq üçün ev almaq istəmişdir. Nəhayət 2004-cü ildə qardaşı X17 vasitəsi və iştirakı ilə ilkin İddiaçıla görüşüb razılaşdıqdan sonra, İddiaçı 6000 ABŞ dolları ödəməklə onun fərdi yaşayış evini almışdır. Evi aldıqdan sonra rəsmiləşdirilməsi üçün notariat ofisinə getmişlər, lakin evin mülkiyyət sənədləri olmadığından sənədləşmə işləri baş tutmamışdır. Evi o, alsa da, sənədləşmə işlərinin aparılması üçün İddiaçı evə dair mülki etibarnaməni onun qadaşı Ağasən Əbdülovun adına vermişdir. Həmin vaxtdan o, ailə üzvləri ilə birlikdə İddiaçı aldığı evdə yaşayır. Evdə yaşadığı bu 20 il müddət ərzində əsaslı tikinti və təmir işləri görmüş və həmin işlərin görülməsinə 15000 manatdan çox pul xərcləmişdir. Əgər İddiaçı evi ona satmamışdırsa, necə razı olmuşdur ki, o, ailə üzvləri ilə birlikdə həmin evdə 20 il müddətinə maneəsiz yaşasın. Belə ki, İddiaçı həmin torpaq sahəsini və evi ona satması barədə aralarında razılaşma olmuş, həmin vaxt aralarında alqı-satqı müqaviləsi olmasa da, İddiaçı evə dair onun qardaşı Ağasən Əbdülova etibarnamə vermişdir. Bunu təsdiq edəcək şahidləri vardır. Yaşadıqları 20 il müddət ərzində evin təmir və digər xərcləri üçün 15000 manat pul xərcləmişlər. İlkin İddiaçı öz iddasını əsaslandırmadan yəni, onların hansı şəraitdə və hansı səbəbdən onun evində 20 il müddətinə yaşamaqlarını əsaslandırmadan öz formal mülahizələrinə əsaslanaraq ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Evi ilkin iddiaçıdan alması barədə mötəbər sübutlardan biri də, evin kommunal ödənişlərinin onun adına olmasıdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 nümayəndəsi və vəkili Vəkil ilk iddianı etiraf edərək, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı X16 uzun müddət Rusiya Federasiyasında işləmiş və yaşamışdır. Əri vəfat etdiyinə görə 2004-cü ildə Cəlilabad rayonuna qayıtmış və yaşamaq üçün ev almaq istəmişdir. Nəhayət 2004-cü ildə qardaşı X17 vasitəsi və iştirakı ilə ilkin İddiaçıla görüşüb razılaşdıqdan sonra, İddiaçı 6000 ABŞ dolları ödəməklə onun fərdi yaşayış evini almışdır. Evi aldıqdan sonra rəsmiləşdirilməsi üçün notariat ofisinə getmişlər, lakin evin mülkiyyət sənədləri olmadığından sənədləşmə işləri baş tutmamışdır. Evi qarşılıqlı iddia üzrə iddiaçı X16 alsa da, sənədləşmə işlərinin aparılması üçün İddiaçı evə dair mülki etibarnaməni Elminaz Əbdulovanın qadaşı Ağasən Əbdülovun adına vermişdir. Həmin vaxtdan qarşılıqlı iddia üzrə iddiaçı X16 ailə üzvləri ilə birlikdə İddiaçı aldığı evdə yaşayır. Evdə yaşadığı bu 20 il müddət ərzində əsaslı tikinti və təmir işləri görmüş və həmin işlərin görülməsinə pul xərcləmişdir. Əgər İddiaçı evi ona satmamışdırsa necə razı olmuşdur ki, Elminaz Əbdulova ailə üzvləri ilə birlikdə həmin evdə 20 il müddətinə maneəsiz yaşasın. Belə ki, İddiaçı həmin torpaq sahəsini və evi qarşılıqlı iddia üzrə iddiaçı X6 barədə aralarında razılaşma olmuş, həmin vaxt aralarında rəsmi alqı-satqı müqaviləsi olmasa da, İddiaçı evə dair onun qardaşı Ağasən Əbdülova etibarnamə vermişdir. Bunu təsdiq edəcək kifayət qədər şahidlər vardır. İlkin İddiaçı öz iddasını əsaslandırmadan yəni, Elminaz Əbdulovanın hansı şəraitdə və hansı səbəbdən onun evində 20 il müddətinə yaşamaqlarını əsaslandırmadan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Evi ilkin iddiaçıdan almaqları barədə mötəbər sübutlardan biri də, evin kommunal ödənişləri onun adına olmasıdır. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilk İddiaçı və qarşılıqlı iddiaçı X16 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə ilk İddiaçı və qarşılıqlı iddiaçı X12 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qarşılıqlı iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməsli, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X24 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı X16 onun bacısıdır. X26 uzun müddət Rusiya Federasiyasında işləmiş və yaşamışdır. Əri vəfat etdiyinə görə 2004-cü ildə Cəlilabad rayonuna qayıtmış və yaşamaq üçün ev almaq qərarına qəlmişdir. Nəhayət 2004-cü ildə X26 onun vasitəsi və iştirakı ilə ilk İddiaçı ilə görüşüb razılaşdıqdan sonra, İddiaçı 6000 ABŞ dolları ödəməklə onun fərdi yaşayış evini almışdır. Evi aldıqdan sonra rəsmiləşdirilmək üçün notariat ofisinə getmişlər, lakin evin mülkiyyət sənədləri olmadığından sənədləşmə işləri baş tutmamışdır. Evi bacısı alsa da, sənədləşmə işlərinin aparılması üçün İddiaçı evə dair mülki etibarnaməni ona vermişdir. Həmin vaxtdan bacısı ailə üzvləri ilə birlikdə İddiaçı aldığı evdə yaşayır. Evdə yaşadığı bu 20 il müddət ərzində əsaslı tikinti və təmir işləri görmüşdür. Əgər İddiaçı evi ona satmamışdırsa, necə razı olmuşdur ki, bacısı ailə üzvləri ilə birlikdə həmin evdə 20 il müddətinə maneəsiz yaşamışdır. İddiaçı həmin torpaq sahəsini və evi ona satması barədə aralarında razılaşma olmuş, həmin vaxt aralarında şifahi alqı-satqı müqaviləsi olmuş və İddiaçı evə dair ona etibarnamə vermişdir. İddiaçı bütün bu olanları yeznəsi X4 acığına etdiyini bildirir. Evin alınmasına görə pulu X26nın razılığı ilə şəxsən o, özü vermiş, 600 ABŞ dolları beh kimi, 6000 ABŞ dolları isə alqı-satqı üçün vermişdir. Bundan əlavə X26 20 il müddətində yaşadığı evin və qeyri yaşayış binalarının abadlaşdırlması üçün 15000 manatdan çox xərc çəkmişdir. Məhkəmənin əvvəlki iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı X16 onun qonşusudur, qohumluq münasibətləri yoxdur. İlk əvvəl mübahisəli evi o, özü almaq istəmiş, lakin 3000 ABŞ dollar pulu olduğu üçün İddiaçı evi ona deyil, X14 6000 ABŞ dollarına satmışdır. Elminaz Əbdulova həmin ünvanda hamam, sanitar qovşağı tikdirmiş, eyni zamanda həyətdə və evdə 20 il ərzində tikinti işləri aparmışdır. O, uzun müddətdir ki, o kəntdə yaşayır və İddiaçı o evdə görməmişdir. İddiaçı Cəlilabad rayonu Svetlayazariya kəndində yaşayır. Məhkəmənin əvvəlki iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X22 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı X16 onun qonşusudur, lakin qohumluq münasibətləri yoxdur. Uzun müddətdir həmkəndlidirlər, Elminaz Əbdulovanın evi X3 aldığını bilir. O, İddiaçı tanımır, həmin kənddə və evdə yaşadığını görməmiş. X2 və qonşusu X16 olmuşdur. Elminaz Əbdulova 20 ildən çoxdur ki o evdə yaşayır və yaşadığı müddətdə həmin evə xərclər çəkmişdir. Məhkəmənin əvvəlki iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X31 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı X16 onun qohumu, həm də həmkəndlisidir. 20 ildən çoxdur Elminaz Əbdulova həmin kənddə yaşayır və hazıradək İddiaçıla Elminaz Əbdulovanın arasında bir dəfə olsun ev söhbəti olmamışdır. Həmin kənddə 200 dən çox ailə yaşayır və bütün kənd də ev sahibi kimi Elminaz Əbdulovanı tanıyır. Bu ev məsələsi ortaya çıxandan sonra İddiaçı Elminaz Əbdulovaya bildirmiş ki, “mənim sizinlə bir işim yoxdur, mənim məsələm yeznəm X8 ilədir”. Elminaz Əbdulova bu 20 il müddət ərzində həmin evə qaz, işıq və hasar çəkdirmişdir. Darvaza qoydurmuş, evin içində təmir işləri aparmışdır. X16 yaşadığı evin alınmasına ümumilikdə 6600 ABŞ dolları vermişdir. Məhkəmənin əvvəlki iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X19 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı X12 həmkəndlisi olmaqla, 20 ildir ki qonşudurlar. Həmin evdə Elminaz Əbdulova və ailə üzvləri yaşayır. Elşən X1 qaynı kimi tanıyır. X13 Federasiyasında işləmiş və pul göndərmiş, Elminaz Əbdulova isə evində təmir işləri aparmışdır. Məhkəmənin əvvəlki iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı X12 qardaşı onun qonşusudur. X12 qardaşı Ağasən Əbdülov onun yanında 600 ABŞ dollarını X5, 6000 ABŞ dollarını isə Məmmədhüseyn Allaverdiyevin evində, mərhum Vaqif Allaverdiyevin yanında İddiaçı vermişdir. İşdə olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Cəlilabad rayonu Naftuluq kəndində yerləşən fərdi yaşayış evi 1993-cü ilin may ayında 216 invertar nömrə ilə İddiaçı adına tərtib edilmişdir. İşdə olan 25 iyun 2004-cü il tarixli, ƏN-İ 021181 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı özünə məxsus Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada sərəncamlar verilməsi üçün X21 etibar etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 04 mart 2025-ci il il tarixli, 2(073)-28/2025 saylı qərardadı ilə, mübahisəli evdə aparılmış əsaslı tikinti və təmir işlərinin həcminin və məbləğinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirici dəvət edilmiş və qiymətləndirilmənin aparılması Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 06 saylı qiymətləndirmə hesabatından görünür ki, ilk İddiaçı məxsus olan Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinin, həyətyanı tikililərinin və digər abadlıq işlərinin bazar dəyəri 13860 manat, likvid dəyəri 13160 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı X16 uzun müddət Rusiya Federasiyasında işləmiş və yaşamışdır. Lakin əri vəfat etdiyinə görə 2004-cü ildə Cəlilabad rayonuna qayıtmış və yaşamaq üçün ev almaq qərarına gəlmişdir. 2004-cü ildə qardaşı X17 vasitəsi və iştirakı ilə ilkin İddiaçı ilə görüşüb razılaşdıqdan sonra, İddiaçı 6000 ABŞ dolları ödəməklə onun fərdi yaşayış evini almışdır. Evi aldıqdan sonra rəsmiləşdirilməsi üçün notariat ofisinə getmişlər, lakin evin mülkiyyət sənədləri olmadığından sənədləşmə işləri baş tutmamışdır. Evi qarşılıqlı iddia üzrə iddiaçı X16 alsa da, sənədləşmə işlərinin aparılması üçün İddiaçı evə dair mülki etibarnaməni Elminaz Əbdulovanın qadaşı Ağasən Əbdülovun adına vermişdir. Həmin vaxtdan qarşılıqlı iddia üzrə iddiaçı X16 ailə üzvləri ilə birlikdə İddiaçı aldığı evdə yaşayır. Elminaz Əbdulova evdə yaşadığı bu 20 il müddət ərzində əsaslı tikinti və təmir işləri görmüş və həmin işlərin görülməsinə xərc şəkmiş və ailə üzvləri ilə birlikdə həmin evdə 20 il müddətinə maneəsiz yaşamışdır. Evin təmiri və tikinti işlərinə çəkilən xərc müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 13860 manat qiymətləndirilmişdir. İlk İddiaçı həmin torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evini şifahi alqı-satqı müqaviləsi əsasında qarşılıqlı iddia üzrə iddiaçı X7 və qeyd olunan müqavilənin gerçəkləşdirilməsi məqsədi ilə etibanaməni onun qardaşı Ağasən Əbdülova vermişdir. Lakin ilk iddiaçı sonradan, yəni 20 il sonra həmin evi iddiaçıya satmaqdan imtina etdiyinə görə, qarşılıqlı iddiaçı həmin evin alınmasına görə verilmiş 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsini və evə çəkilən xərcin dəyəri qismində 15000 manat pulu qaytarmasını ilk iddiaçıdan tələb etmiş, ilk iddiaçı həmin pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də ilk iddiaçı evdən çıxarma tələbinə dair iddia ərizəsi ilə, qarşılıqlı iddiaçı isə evin alınmasına görə verilmiş 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və evə çəkilən xərcin dəyəri qismində 15000 manat pul tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdehin ilk iddiaçıya məxsus evdə yaşaması, ilk iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə ki, ilk iddia üzrə cavabdehin yaşadığı fərdi yaşayış evi ilk İddiaçı mülkiyyətindədir və ilkin iddia üzrə iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh başqasının mülkiyyətində olan evdə yaşaması əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda ilk iddia üzrə cavabdehin həmin evdə yaşaması, mülkiyyətçinin yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdıraraq, onun mülkiyyət hüquqlarını pozur. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, ilkin iddiaçı ilk iddia üzrə cavabdeh X12, mülkiyyət hüququ üzrə ona məxsus olan və Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş, 216 inventar nömrə ilə qeydə alınmış və ümumi sahəsi 66,48 kv/m olan fərdi yaşayış evindən çıxarılması tələbində haqlıdır. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddiaçı X16 cavabdeh İddiaçı qarşı 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və evə çəkilən xərcin dəyəri qismində 15000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbində qismən, yəni evə çəkilmiş xərcə görə 13860 manat hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilərək, ilk iddia üzrə cavabdeh X16 ilk İddiaçı məxsus, Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı evin alınmasına görə verilmiş 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və evə çəkilmiş xərcə görə 13860 manat alınıb qarşılıqlı iddia üzrə iddiaçı X14 verilməlidir. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İlk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsi üzrə tələblər eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddiaçı X16 tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. İş üzrə verilmiş qiymətləndirmə hesabatına görə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 310 manat alınaraq "xxxx" MMC-nin (kod 504357, VÖEN **********, müxbir hesab AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh X16 ilk İddiaçı məxsus, Cəlilabad rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı evin alınmasına görə verilmiş 6000 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və evə çəkilmiş xərcə görə 13860 (on üç min səkkiz yüz altmış) manat alınıb iddiaçı X14 verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. İş üzrə verilmiş qiymətləndirmə hesabatına görə cavabdeh İddiaçı 310 (üç yüz on) manat alınaraq "xxxx" MMC-nin (kod 504357, VÖEN **********, müxbir hesab AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) hesabına ödənilsin. İlk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsi üzrə tələblər eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-28/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-28/2025
24.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver