Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2866/2024 04.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cəlilabad rayon Qeydiyat şöbəsinə qarşı qızı X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum qızı X5 04 may 1989-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, 03 avqust 1993-cü il tarixdə vəfat etmiş və Cəlilabad rayon Astanabad kənd məzarlığında dəfn olunmuşdur. Ailə olaraq başları dəfn mərasiminə qarışdığı üçün ölüm haqqında şəhadətnamə almaq üçün tərəflərindən heç bir orqana müraciət olunmamışdır. Halhazırda qızının ölüm haqqında şəhadətnaməsi lazım olduğu üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına sonra isə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona bildirdilər ki, mərhum övladının ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin vəsatəti əsasında X4 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun xalası oğlu eyni zamanda bacısının əridir. Ərizəçi X3 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahından doğulmuş 04 may 1989-cu il təvəllüdlü X6 doğulmuş, 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Cəlilabad rayon Astanabad kənd məzarlığında dəfn olunmuşdur. O, bir yaxın qohum kimi yas mərasimində yaxından iştirak etmişdir. O, X2 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 10 may 1989-cu il tarixli, 422708 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 04 may 1984-cü ildə doğulmuşdur, atası Ərizəçi, anası X1r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X3 ilə birgə nikahından 04 may 1989-cu ildə doğulmuş övladı X5 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir. Sonradan ərizəçi qızı Vüsalənin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qızıına ölüm haqqında şəhadətnamənin alınmasıüçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X2 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 04 may 1989-cu il tarixdə doğulmuş X2 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2866/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2866/2024
04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver