Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-290/2023 09.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X7 onun əmisi, yəni mərhum X3nun qardaşı olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, maraqlı şəxsin Maraqlı şəxs deyil, Cəlilabad rayon 1 saylı Notariat kontoru kimi yazılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında bildirdi ki, əmisi X9 01 iyul 1925-ci il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində doğulmuş və 26 avqust 1998-ci il tarixdə vəfat etmişdir. Özü isə xx xxxx 1955-ci il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində doğulmuş, X3, anası isə X15r. X9 onun əmisi, yəni mərhum X3nun qardaşıdır. X3 30 oktyabr 1997-ci il tarixdə, anası X21 isə 12 arrel 2008-ci il tarixdə vəfat etmişlər. Mərhum əmisi X7 ondan başqa vərəsəsi yoxdur. X20 miras qalan əmlakla bağlı vərəsəlik açılmasından ötrü sənədləri toplayarkən əmisi İltifat Nəcəfovun doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən də ona Notariat ofisində İltifat Nəcəfovun onun əmisi olmasının məhkəmə qətnaməsi ilə təsdiq olunması izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun əridir. X2 onun qaynatası, X9 isə əri Ərizəçi əmisidir. X1 29 oktyabr 2011-ci ildə, X4 isə 26 avqust 1998-ci ildə vəfat etmişdir. O, təsdiq edir ki, Ərizəçi mərhum İltifat Nəcəfovun qardaşı oğludur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun bibisi oğludur. X4 Ərizəçi əmisidir. Ərizəçi X3 mərhum İltifat Nəcəfovun qardaşıdır. Ərizəçi atası Əlikuşad Nəcəfov 29 oktyabr 2011-ci ildə, İltifat Nəcəfov isə 26 avqust 1998-ci ildə vəfat etmişdir. O, Ərizəçi mərhum İltifat Nəcəfovun qardaşı oğlu olmasını təsdiq edir. Belə ki, işdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəcəfov X10 rayonu Sərhədabad kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxx 1955-ci il tarixdə Cəlilabad rayonu Kürdlər kəndində doğulmuş. X3, anası isə X15r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, 382/12 nömrəli arayışdan görünür ki, 01 iyul 1931-ci il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində anadan olmuş X5 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə 1944-cü ildən 1948-ci ilədək Maraqlı şəxsndə doğum haqqında bərpa akt qeydləri üzrə yoxlama aparılmış və X5 doğum haqqında akt qeydi aşkar edilməmişdir. (Maraqlı şəxsndə arxiv məlumatları 1944-cü ildən saxlanılır). İşdə olan Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 778/12 nömrəli ölüm haqqında arayışdan görünür ki, X8 29 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, 383/12 nömrəli arayışdan görünür ki, 01 iyul 1926-cı il tarixdə Cəlilabad rayonu Sərhədabad kəndində anadan olmuş X7 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə 1944-cü ildən 1948-ci ilədək Maraqlı şəxsndə doğum haqqında bərpa akt qeydləri üzrə yoxlama aparılmış və X7 doğum haqqında akt qeydi aşkar edilməmişdir. (Maraqlı şəxsndə arxiv məlumatları 1944-cü ildən saxlanılır). İşdə olan Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli, 493/12 nömrəli ölüm haqqında arayışdan görünür ki, X9 26 avqust 1998-ci il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İ 261045 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 aprel 2008-ci il tarixdə ölmüşdür. İşdə olan AZ 027300 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 17 dekabr 1999-cu il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad rayon İHB-nın Sərhədabad kənd İƏDÜN tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli, 372 nömrəli ışdan görünür ki, Ərizəçi mərhum əmisi X9 və əmisi arvadı X17 anadan olduğu gündən vəfat etdikləri günədək Cəlilabad rayonu Sərhədabad kəndində qeydiyyatda olaraq yaşamışlar. Mərhumların Cəlilabad rayonu Sərhədabad kəndində yerləşən evinə və digər əmlakına qardaşı oğlu Ərizəçi sahiblik edir və həmin evdə faktiki olaraq yaşayır. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Ərizəçi mərhum əmisi X6 miras qalmış daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 26 avqust 1998-ci il tarixdə ölmüş X9 Ərizəçinın atasının qardaşıdır, lakin İltifat Nəcəfovun doğum akt qeydi aparılmamış və buna görə də ərizəçi ilə qohum olmaları faktının müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qohumluq faktının müəyyən edilməsi ərizəçiyə mərhum əmisi X6 miras qalmış əmlaka vərəsə tanınması məqsədi ilə lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizə əsaslı olduğundan təmin edilməli və xx xxxx 1955-ci il tarixdə doğulmuş Ərizəçi 26 avqust 1998-ci il tarixdə vəfat etmiş X7 qardaşı oğlu olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1955-ci il tarixdə doğulmuş Ərizəçi 26 avqust 1998-ci il tarixdə vəfat etmiş X7 qardaşı oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-290/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-290/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver