Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2924/2024 21.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 21 noyabr 2024-cü il tarixdə, Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum əri X1 30 aprel 2005-ci il tarixdə Qazaxıstan Respublikasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, o, 11 noyabr 1962-ci il Cəlilabad şəhərində doğulmuşdur. O, mərhum X3 ilə 03 aprel 1990-cı il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından üç övladları doğulmuşdur. Hazırda uşaqları yetkinlik yaşlarına çatmışlar. Evləndikdən sonra mərhum əri işləmək üçün Qazaxıstan Respublikasına getmiş, iş quraraq uzun müddət orada yaşamışdır. Lakin xəstəlik səbəbindən 30 aprel 2005-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat etmişdir. X3 vəfat etdikdən sonra Azərbaycan Respublikasına gətirilmiş və Cəlilabad rayonu Uzuntəpə kəndində dəfn edilmişdir. Həmin vaxt yas mərasimi ilə məşğul olduqları üçün mərhum ərinin ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmişlər. Lakin ölüm akt qeydinin aparılmaması hazırda bəzi sənədləşmə işlərində onlara çətinlik yaradır. O, bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində ona vaxtında müraciət olunmadığı üçün mərhum ərinin ölüm akt qeydinin Maraqlı şəxsndə aparılmasının mümkün olmadığı bildirilmişdir. Mərhum əri Qaraxan Şahəriyevin ölümünü həmin vaxt yas mərasimində iştirak edən şahidlər də təsdiq edə bilərlər. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun mərhum qardaşı X1 arvadı olmuşdur. Onlar rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından üç övladları doğulmuşdur. Mərhum qardaşı işləmək üçün Qazaxıstan Respublikasına getmiş, iş quraraq uzun müddət orada yaşamışdır. Lakin qardaşı xəstəlik səbəbindən 30 aprel 2005-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra Azərbaycan Respublikasına gətirilmiş və Cəlilabad rayonu Uzuntəpə kəndində dəfn edilmişdir. Həmin vaxt yas mərasimi ilə məşğul olduqları üçün mərhum qardaşının ölüm akt qeydi aparılmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun mərhum qardaşı X1 arvadı olmuşdur. Onlar rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından üç övladları doğulmuşdur. Mərhum qardaşı işləmək üçün Qazaxıstan Respublikasına getmiş, iş quraraq uzun müddət orada yaşamışdır. Lakin qardaşı xəstəlik səbəbindən 30 aprel 2005-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra Azərbaycan Respublikasına gətirilmiş və Cəlilabad rayonu Uzuntəpə kəndində dəfn edilmişdir. Lakin həmin vaxt mərhum qardaşının ölüm akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 1078/12 saylı arayışdan görünür ki, X3 14 mart 1966-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, 481/12 saylı arayışdan görünür ki, X3 ilə X4 nikahı haqqında Maraqlı şəxsndə 03 aprel 1990-cı il tarixdə 47 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Şahəriyeva soyadı verilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, X2 14 mart 1966cı ildə doğulmuş, 15 may 2005-ci ildə tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, Qeydiyyat şöbəsində X1 ölümü haqqında akt qeydi aşkar edilməmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 14 mart 1966-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş X1 30 aprel 2005-ci il tarixdə Qazaxıstan Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 mart 1966-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş X1 30 aprel 2005-ci il tarixdə Qazaxıstan Respublikasında ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2924/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2924/2024
21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver