Məhkəmə qərarları › İş №2(073)-2928/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2928/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2928/2024 18.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 07 avqust 2018-ci il təvəllüdlü X5 Cəlilabad rayonu, Qarazəncir kəndində doğulması, atasının X7 və anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, qızı X8 07 avqust 2018-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. Ərizəçi bildirmişdir ki, X7 ilə 2011-ci il tarixdə rəsmi nikah olmadan ailə həyatı qurmuş, nikahlarını rəsmiləşdirməmişlər.Birgə yaşadıqları müddətdə dörd övladları - Nəzrin, Rəcəb Nihad və Nuray anadan olmuşdur. Övladlarından Nuray xəstəxana şəraitində doğulsa da doğumunu təsdiq edən həkim arayışı olmadığından ona doğum haqqında şəhadətnamə alınmamışdır. O (ərizəçi), doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etsə də hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qohumudur. Nuray Nazlının qızıdır, yeddi yaşına təzə keçib. Qarazəncirin kənd xəstəxanasında anadan olub. Uşağın atası Müstəcəbi də tanıyır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur.Nuray avqustun 7-də Qarazəncir kəndində doğulub, yeddi yaşına keçib. X1r. Uşağı və onun hər iki valideynini tanıyır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi qız uşağı barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qarazəncir həkim məntəqəsinin baş həkimi tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli şəkilli arayışdan görünür ki, Ərizəçi 07 avqust 2018-ci ildə bir qız uşağı doğulmuşdur, hal-hazırda praktiki sağlamdır. İşdə olan RMX tərəfindən verilmiş “Yeni doğulmuş hqqında məlumat”dan görünür ki, Ərizəçi və X3 07 avqust 2018-ci ildə X13 adlı uşaqları doğulmuşdur. İşdə olan RİHB-nın Qarazəncir kənd İƏDÜ nümayəndiliyi tərfində imzalanmış 09 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, həmin aktla X5 Ərizəçi və X3 övladı olması təsdiqlənmişdir. İşdə olan Azərbaycan Respublikası İTSÜDA-TƏBİB Cəlilabad rayon X11 Hüquqi Şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, 07 avqust 2018-ci ildə doğulmuş X8 13 sentyabr tarixdə ASM-də pediatr tərəfindən tibbi müayinədən keçmiş, qeydiyyata alnmışdır və hal-hazırda praktiki sağlamdır. İşdə olan Azərbaycan Respublikası TƏBİB Cəlilabad rayon X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 07 avqust 2018-ci il tarixdə Cəlilabad rayon, Qarazəncir kənd ASM-də uşaq dünyaya gətirmişdir, Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ-də qeydiyyatı yoxdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2018-ci ildə doğulmuş bir qız övladınının doğumu haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan doğum haqqında qeydləri üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Onun doğumunun təsdiq edən doğum haqqında tibbi şəhadətnamə və müvafiq hüquq müəyyənedici sənədlər olmaığı üçün doğumun qeyd alınması Maraqlı şəxsndə mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 X2, anası Ərizəçi olmaqla 07 avqust 2018-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar