Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-294/2023 28.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nın 28 iyul 1997-ci il tarixdə Biləsuvar şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxxxx 1960-cı ildə Cəlilabad rayonu Novruzallı kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. X7 ilə ailə qurmuş və onların birgə nikahından 4 uşaqları doğulmuşdur. X3 22 iyun 1990-cı ildə Cəlilabad rayonu Novruzallı kəndində doğulmuşdur. Lakin xəstəlik səbəbindən 28 iyul 1997-ci il tarixdə vəfat etmiş və Biləsuvar şəhərində dəfn edilmişdir. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün qızının ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də qızının ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, Ərizəçi onunla həmkəndli olmaqla qonşuluqda yaşayırlar. X2 isə Füzulinin qızıdır. Aysel İskəndərova 22 iyun 1990-cı ildə Cəlilabad rayonu Novruzallı kəndində doğulmuşdur. 28 iyul 1997-ci ildə isə xəstəlik səbəbindən Biləsuvar şəhərində vəfat etmiş və Biləsuvar şəhərində dəfn edilmişdir. Həmkəndli kimi onun yas mərasimində iştirak etmişdir. O, X5 28 iyul 1997-ci ildə Biləsuvar şəhərində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, Ərizəçi onunla həmkəndlidir. X2 isə Füzulinin qızıdır. Aysel İskəndərova 22 iyun 1990-cı ildə Cəlilabad rayonu Novruzallı kəndində doğulmuşdur. 28 iyul 1997-ci ildə isə xəstəlik səbəbindən Biləsuvar şəhərində vəfat etmiş və Biləsuvar şəhərində dəfn edilmişdir. Həmkəndli kimi onun yas mərasimində iştirak etmişdir. O, təsdiq edir ki, X2 28 iyul 1997-ci il tarixdə Biləsuvar şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Cəlilabad rayonu Novruzallı kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X8 22 iyun 1990-cı ildə Cəlilabad rayonu Novruzallı kəndində doğulmuşdur. Atası Ərizəçi, anası isə X9 qızıdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, X5 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X3 28 iyul 1997-ci il tarixdə Biləsuvar şəhərində vəfat etmişdir. X1 vəfatından sonra Biləsuvar şəhərində dəfn edilmişdir. Sonradan ərizəçi qızı Ayselin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X5 28 iyul 1997-ci il tarixdə Biləsuvar şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 22 iyun 1990-cı ildə doğulmuş X5 28 iyul 1997-ci il tarixdə Biləsuvar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-294/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-294/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver