Məhkəmə qərarları › İş №2(073)-295/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-295/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-295/2023 31.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 04 sentyabr 2022-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, X3 ilə faktiki evlənmişlər, nikahlarını isə xx.xx.1982-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından beş uşaqları doğulmuşdur. Cəlilabad rayonunun Bayxanlı kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə 1991-ci ildən etibarən Cəlilabad rayonunun Qarazəncir kəndində yaşamışdır. Mərhum arvadı Zərifə İsmiyeva xəstə olmuş və mütəmadi olaraq müayinə və müalicə olunmuşdur. Mərhum arvadı Zərifə İsmiyeva 04 sentyabr 2022-ci ildə Bakı şəhərində qonaq getdiyi qızı Raminə İsmiyevanın yaşadığı mənzildə ölmüşdür. Mərhum arvadının cənazəsini Cəlilabad rayonuna gətirərək, Qarazəncir kənd qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt yas mərasiminə başları qarışıq olduğundan arvadının ölümü barədə akt qeydi aparılması üçün vaxtında müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilməmişdir. Mərhum arvadına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin arvadının ölümünü təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Faktın müəyyən edilməsi mərhum arvadına ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndlidirlər. Ərizəçini və ailə üzvlərini yaxından tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. Ərizəçinin mərhum arvadı Zərifə İsmiyeva xəstə olmuş və mütəmadi olaraq müayinə və müalicə olunmuşdur. X9 04 sentyabr 2022-ci ildə Bakı şəhərində qonaq getdiyi qızı Raminə İsmiyevanın yaşadığı mənzildə ölmüşdür. Mərhumun cənazəsi Cəlilabad rayonuna gətirilmiş və Qarazəncir kənd qəbirstanlığında dəfn edilmişdir. Zərifə İsmiyevanın ölümü barədə akt qeydi aparılması üçün ailə üzvləri vaxtında müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdirlər. Ərizəçi mərhum arvadına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X5 06 sentyabr 1982-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada İsmiyeva soyadı verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri Təcili və X4 Stansiyası ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:32-də ünvan 1 ünvanında 64 yaşlı X1 adına çağırış olmuş, çağırış icra edilmiş və 7 sayl TTYS-nin həkimi tərəfindən «həkimə qədər ölüm» qeydə alınmışdır. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X1 ölüm tarixi 04 sentyabr 2022ci il qeyd edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin mərhum arvadı X3 04 sentyabr 2022-ci ildə Bakı şəhərində ölmüş və Cəlilabad rayonunun Qarazəncir kənd qəbirstanlığında dəfn edilmişdir. Müvafiq icra hakimiyyəti orqanına vaxtında müraciət edilmədiyindən X1 ölümü barədə akt qeydi aparılmamışdır. Ərizəçi mərhum arvadına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin arvadının ölümünü təsdiq edən hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə mərhum arvadına ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X1 04 sentyabr 2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 sentyabr 1958-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində doğulmuş X1 04 sentyabr 2022-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar