Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-296/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlışəxs Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X2 08 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 08 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, X3 ilə faktiki nikahlarından 27 avqust 2024-cü il tarixdə doğulmuş Nuri adlı uşaqları 08 oktyabr 2024-cü il tarixdə qızdırmadan sonra suduruqa keçirərək vəfat etmiş və Cəlilabad şəhər qəbiristanlığında dəfn olunmuşdur. Uşaq qəflətən vəfat etdiyi üçün xəstəxanaya və qeydiyyat şöbəsinə müraciət etməmişlər, ölüm haqqında şəhadətnamə almamışlar. Halhazırda oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına və sonra Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun ölümünü haqqında həkim arayışı olmadığından ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Uşaq körpə olduğu üçün qəbir daşı da qoymamışlar. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. Ərizəçinin 27 avqust 2024-cü il tarixdə doğulmuş Nuri adlı uşağı 08 oktyabr 2024-cü il tarixdə qızdırmadan sonra sudurqa keçirərək Sumqayıt şəhərində vəfat etmişdir. Uşaq doğularkən zəif idi, çəkisi az idi, maliyyə vəsaitləri də imkan vermədiyinə görə əlavə inkubasiya qaydasında saxlaya bilməmişlər. Qızı və yeznəsi həmin ərəfədə Sumqayıtda və Yasamal rayonunda yaşamışlar, uşaq isə onların Sumqayıtda kirayə qaldıqları evdə gecə vaxtı ölmüşdür. Belə ki, oktyabrın 7-dən 8-ə keçən gecə qızı (ərizəçi) ona (şahidə) zəng etmiş və uşağın tərpənmədiyini bildirmişdir. Həmin ərəfələrdə ərizəçinin özünün də sağlamlığı yaxşı deyildi, həm də hadisənin şokunda idi, buna görə də ölüm haqqında şəhadatnamə almamışlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 (ərizəçinin xalası) şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayşdan və həmin gün tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 avqust 2024-cü ildə Bakı şəhəri Yasamal rayonunda doğulmuşdur, atası X3, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X8 X12 rayon X5 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 ölən zaman həkim ekspert tərəfindən müayinə olunmadığı üçün ekspert rəyinin tərəflərindən verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X7 xx.xx.2024-cü il tarixdə doğulmuşdur, 08 oktyabr 2024-cü ildə Sumqayıt şəhərində vəfat etmiş və Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə oğlunun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X2 08 oktyabr 2024-cü ildə Sumqayıt şəhərində ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2029-cu il tarixli, 03 nömrəli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 avqust 2024-cü ildə Bakı şəhərinin Yasamal rayonunda doğulmuş X2 08 oktyabr 2024-cü ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-296/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-296/2025
31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver