Məhkəmə qərarları › İş №2(073)-299/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-299/2024

08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-299/2024 08.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi Hüseynağa qızının iştirakı ilə, Ərizəçi Hüseynağa qızının doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Hüseynağa qızı ərizə ilə məhkəməyə müraciət edərək, X1, anası Ərizəçi Hüseynağa qızı olmaqla övladı Aysunun 30 aprel 2006-cı il tarixdə Cəlilabad rayonu Porsava kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Hüseynağa qızı ərizəsini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 2005-ci ildə X4 ilə faktiki olaraq ailə həyatı qurmuşlar və onların birgə yaşadıqları dövrdə, yəni 30 aprel 2006-cı il tarixdə bir qız uşaqları doğulmuşdur. Uşağın adını Aysun qoymuşlar. Qızı Aysun ev şəraitində doğulduğu üçün həkim arayışı olmamışdır. Buna görə də uşağına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsində uşağı Aysunun doğum haqqında tibbi arayışı olmadığı üçün ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Ərizəçi Hüseynağa qızı onun qardaşı oğlu X2 həyat yoldaşıdır. Seyfəddin Qənbərovla Ərizəçi 2005-ci ildə faktiki olaraq ailə həyatı qurmuşlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 aprel 2006-cı il tarixdə bir qız uşaqları doğulmuşdur. Həmin qız uşağının adı Aysundur. Aysun Cəlilabad rayonu Porsava kəndində ev şəraitində doğulmuşdur. Bu səbəbdən uşağa doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etmiş, lakin uşağın doğum haqqında tibbi sənəd olmadığından, Qeydiyyat orqanında imtina edilmişdir. O, təsdiq edir ki, Aysun 30 aprel 2006-cı ildə Cəlilabad rayonu Porsava kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ərizəçi Hüseynağa qızı onun xalası qızıdır. Ərizəçi Seyfəddin Qənbərovla 2005-ci ildə faktiki olaraq ailə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 aprel 2006-cı il tarixdə bir qız uşaqları doğulmuşdur. Həmin qız uşağının adı Aysundur. Aysun Cəlilabad rayonu Porsava kəndində ev şəraitində doğulmuşdur. O, Aysunun 30 aprel 2006-cı il tarixdə Ərizəçi ilə Seyfəddin Qənbərovun ailə münasibətləri dövründə Cəlilabad rayonu Porsava kəndində doğulmuşdur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iştirakı ilə tərtib və təsdiq edilmiş 24 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Ərizəçi Hüseynağa qızı ilə X4 ailə həyatı qurmuşlar. Onların 30 aprel 2006-cı il tarixdə ev şəraitində bir qız uşaqları doğulmuşdur. Həmin Aysun adı qız uşağı hazırda valideynləri ilə birlikdə yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, 30 aprel 2006-cı ildə Ərizəçi Hüseynağa qızından doğulmuş uşağın doğumunu təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün Maraqlı şəxsndə uşağın doğumunun qeydə alınması mümkün olmamış və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Məmmədova X3 Seyfəddin Adəm oğlu ilə faktiki nikahla ailə həyatı qurmuşlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 aprel 2006-cı ildə Aysun adlı qız uşaqları doğulmuşdur. Uşaq Cəlilabad rayonu Porsava kəndində yerləşən ərizəçinin yaşadığı evdə, yəni ev şəraitində anadan olduğu üçün bu günə kimi uşağın doğumu qeydə alınmamış və doğum haqqında şəhadətnamə verilməmişdir. Bununla bağlı ərizəçi uşağının doğum aktı qeydinin bərpa olunması və uşağa doğum haqqında şəhadətnamə götürmək üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsində uşağı Aysunun doğum aktı qeydi aparılmadığı üçün ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə Aysun adlı uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1, anası Ərizəçi Hüseynağa qızı olmaqla Aysun adlı uşağın 30 aprel 2006-cı il tarixdə Cəlilabad rayonu Porsava kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X1, anası Ərizəçi Hüseynağa qızı olmaqla Aysun adlı uşağın 30 aprel 2006-cı il tarixdə Cəlilabad rayonu Porsava kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar