Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-30/2024 09.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanun torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair idiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanun üzrə torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən ümumi istifadədə olan gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Cəlilabad rayon Şorbaçı Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvəri ilə birlikdə Cəlilabad rayonu Məmmədrzalı kəndində qardaşı X2 məxsus 1791.35 kv.m-dən ibarət həyətyanı torpaq sahəsində inşa etdirdiyi özünə (iddiaçıya) məxsus evdə yaşayır. Cavabdeh heç bir hüquqmüəyyənedici sənədi olmadan ümumi istifadədə olan yolu bağlayaraq onun (iddiaçının) və ailə üzvlərinin yaşadığı evə və həmin evin yerləşdiyi torpaq sahəsinə gediş-gəlişi yolunu bağlamışdır. Cavabdehdən yolu açmasını tələb etsə də, cavabdeh onun haqlı tələbini yerinə yetirməmişdir. Bununla bağlı Cəlilabad rayon Polis Şöbəsinə müraciət etmiş və mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Şorbaçı kəndində özünə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, Cəlilabad rayonunun Şorbaçı kəndində yaşayan X3 torpaq sahəsi almış və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün DƏDRX-ə müraciət etmişdir. İddiaçıya məxsus evə və həmin evin yerləşdiyi torpaq sahəsinə gedən yol onun tərəfindən zəbt edilməmiş və heç bir maneə yaradılmır. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan A 091038 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Cəlilibad rayonunun Məmmədrzalı kəndində yerləşən 1791.35 kv.metr həyətyanı torpaq sahəsi X2 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8941 saylı ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin faktiki istifdəsində olan və naturada göstərdiyi həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun (ümumi istifadədə olan) Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında iddiaçı yaşadığı Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun (ümumi istifadədə olan) cavabdeh tərəfindən bağlandığını göstərsə də, həmin hal məhkəmə iclasında tədqiq edilmiş sübatlarla təkzib edilmişdir. Belə ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən İddiaçı və ailə üzvlərinin faktiki istifdəsində olan və naturada göstərdiyi həyətyanı torpaq sahəsinə gedişgəliş yolunun (ümumi istifadədə olan) Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı qanun torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-30/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-30/2024
09.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver