Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-30/2025 08.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İlk İddiaçı və onun nümayəndəsi X6, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlk İddiaçı Cavabdeh qarşı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi tələbinə dair qarşılıqlı iddialar üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Hüseynov X5 Rasət Kamil oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk İddiaçı nümayəndəsi X10 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının maddi imkanı zəif olduğundan həmin torpaq sahəsini özü əkə bilməmiş və icarəyə vermək qərarına gəlmişdir. Bundan sonra iddiaçı ailə üzvləri ilə birgə mülkiyyətlərində olan 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manat müqabilində ilk iddia üzrə Cavabdeh razılaşma əsasında 5 il müddətinə icarəyə vermişlər. Lakin icarə müqaviləsinin müddəti bitdikdən sonra Cavabdeh qeyd edilən torpaq sahəsi iddiaçıya qaytarmamışdır və bununla da həmin torpaq sahəsini zəbt etmişdir. Halbu ki, cavabdehin həmin torpaq sahəsinə istifadə, icarə və ya mülkiyyət hüququ yoxdur. İlk iddiaçı dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmasını və həmin torpaq sahəsinin ilk iddiaçıya geri qaytarılmasını tələb etsə də, cavabdeh ona əhəmiyyət verməmişdir. Qeyd edilənlər səbəbindən ilk iddiaçının mülkiyyət hüquqları pozulmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə Cavabdeh qeyd etdikləri həqiqət deyil ona görə ki, 2013-cü ildə 10000 manat müqabilində Cəlilabad rayonu ərazisində istənilən yerdə 10 ha torpaq sahəsi satın almaq olardı, Cavabdeh nəyə görə 1,98 ha torpaq sahəsinə 10000 manat verib. İlk iddiaçı Cavabdeh torpaq satmamış, icarəyə vermiş və icarə müddəti bitdikdən sonra dəfələrlə Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxmasını tələb etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddanın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilk İddiaçı nümayəndəsinin izahatına əlavəsi olmadığını bidirərək, iddasının təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı etiraf edərək, qarşılıqlı iddianı da müdafiə edərək verdiyi izahatında bildirdi ki, 2013-cü ildə dayısı oğlu İddiaçı onlara gələrək, 2 ha torpaq sahəsi olduğunu və təcili pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona bildirmişdir. O, da öz növbəsində torpaq sahəsi almaq istəyini bildirmiş və İddiaçı ilə razılaşdıqdan sonra, 2 ha topraq sahəsini 10000 manat müqabilində İddiaçı almış, həmin 10000 manat pulu arvadı X7 və dostu X1 yanında sayıb İddiaçı vermiş və qeyd olunan torpaq sahəsinə aid sənədlərin əslini almışdır. Razılaşmalarına əsasən vaxtları olduğu təqdirdə həmin torpaq sahəsini, notarial qaydada alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirəcəkdirlər. Həmin vaxtdan hazıradək həmin torpaq sahəsi onun istifadəsində olmaqla o, özü əkib-becərir. Cavabdeh İddiaçı qardaşı və onun dayısı oğlu Damət Məmmədov öldükdən sonra, İddiaçı ona qarşı məhkəməyə müraciət edərək ona satdığı 2 ha torpaq sahəsinin ona geri qaytarılmasını tələb etmişdir. Belə olan halda o, da İddiaçı verdiyi 10000 manat pul vəsaitini geri tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında ilk iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, ilk İddiaçı onun əri, ilk iddia üzrə Cavabdeh isə əri İddiaçı bibisi oğludur. Onların maddi durumu zəif oldğuğundan ailə üzvləri ilə birgə mülkiyyətlərində olan 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə vermək qərarına gəlmişlər. Bu səbəbdən də pula ehtiyaclaı olduğu üçün o, özü mülkiyyətlərində olan 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə vermək üçün, əkinçiliklə məşğul olan, həmçinin əri İddiaçı bibisi oğlu Cavabdeh təklif etmişdir. Həmin vaxt Cavabdeh 1,98 ha torpaq sahəsini icarəyə götürmək üçün 2000 manat verə biləcəyini, həmin məbləğin 1000 manatınıı nəğd digər 1000 manatını hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya görə Cavabdeh onlara məxsus 1,98 ha torpaq sahəsini 5 il müddətinə icarəyə götürmüş, ona 1000 manat nəğd pul vermiş və qalan 1000 manat məbləği isə 8 ay müddətində hissə-hissə onlara ödəmişdir. Lakin icarə müqaviləsinin müddəti bitdikdən sonra Cavabdeh qeyd edilən torpaq sahəsi onlara geri qaytarmamış və nəticədə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı Cavabdeh onun yaxın dostudur. 2013-cü ildə dostu Cavabdeh evində olduğu zaman, Cavabdeh dayısı oğlu İddiaçı Cavabdeh evinə gələrək, 2 ha torpaq sahəsi olduğunu və təcili pula ehtiyacı olduğu üçün satmaq istədiyini Cavabdeh bildirmişdir. Cavabdeh da razılaşdıqları təqdirə həmin torpaq sahəsi ala biləcəyini bildirmişdir. Həmin vaxt Cavabdeh və İddiaçı öz aralarında olan razılaşmalarına əsasən, Cavabdeh İddiaçı məxsus 2 ha topraq sahəsini 10000 manat müqabilində İddiaçı almış, həmin 10000 manat pulu arvadı X7 və onun yanında sayıb İddiaçı vermişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddiaçı Cavabdeh onun əridir. 2013cü ildə əri Cavabdeh dayısı oğlu İddiaçı onlara gələrək, 2 ha torpaq sahəsi olduğunu və təcili pula ehtiyacı olduğu üçün satmaq istədiyini əri Cavabdeh bildirmişdir. Cavabdeh da razılaşdıqları təqdirə həmin torpaq sahəsi ala biləcəyini bildirmişdir. Həmin vaxt Cavabdeh və İddiaçı öz aralarında olan razılaşmalarına əsasən, Cavabdeh İddiaçı məxsus 2 ha topraq sahəsini 10000 manat müqabilində İddiaçı almış və həmin 10000 manat pulu dostu X1 və onun yanında sayıb İddiaçı vermiş və qeyd olunan torpaq sahəsinə aid sənədlərin əslini almışdır. Həmin vaxtdan hazıradək həmin torpaq sahəsi onların istifadəsində olmaqla özləri əkib-becərirlər. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1,98 hektar torpaq sahəsi 05 oktyabr 2023-cü il tarixdə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il il tarixli, 2(073)- 210/2024 saylı qərardadı ilə, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 10/1554 saylı ekspert rəyindən və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 28 yanvar 2025-ci il tarixli, 3-21-3-44/2-861/2025 saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın B № 148178 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müəyyən olunmuş hissəsidir. Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi **********14 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın B № 148178 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin kordinatlarına əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,66 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olan 5,14 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin kordinatları müəyyən edilərək göstərilmişdir. Cavabdehin istifadəsində olan mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində heç bir tikinti işlərinin aparılmadığı, əkin kimi istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, **********14 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə 1,98 hektar torpaq sahəsi verilmişdir. İlk iddia üzrə Cavabdeh ilk iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 1,98 hektar torpaq sahəsini 2000 manat müqabilində, üzün müddətə icarəyə götürmüş, lakin icarə müddəti bitdikdən sonra mübahisəli həmin torpaq sahəsini mülkiyyətçilərinə geri qaytarmamışdır. İlk iddiaçı dəfələrlə ilk iddia üzrə cavabdehə etdiyi xəbərdarlıqlara baxmayaraq, ilk iddia üzrə cavabdeh ilk iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1,98 ha torpaq sahəsindən çıxmaq istəmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdehin zəbt etdiyi torpaq sahəsi ilk İddiaçı və onun ailə üzvlərinin mülkiyyətindədir və ilkin iddia üzrə iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, ilkin iddiaçı ilk iddia üzrə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Cəlilabad rayonu Suluçeşmə kəndində yerləşən 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunması tələbində haqlıdır. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilərək, ilk iddia üzrə Cavabdeh **********14 reyestr nömrəli çıxarışa əsasən ilk İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və 1,98 ha torpaq sahəsi ilk iddia üzrə Cavabdeh alınıb ilk İddiaçı qaytarılmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh alınıb ilk iddiaçıya verilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ilk İddiaçı tərəfindən ödənilmiş 95 manat ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddiaçıya verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə ilk iddia üzrə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh **********14 reyestr nömrəli çıxarışa əsasən ilk İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və 1,98 ha torpaq sahəsi ilk iddia üzrə Cavabdeh alınıb ilk İddiaçı qaytarılsın. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Cəlilabad rayonu Suluçeşmə kənd sakini İddiaçı tərəfindən mənimsənilmiş 10000 manat pulun ona ödənilməsi tələbi əsassız olduğundan təmin edilməsin. İlk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh alınıb ilk İddiaçı verilsin. Qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ilk İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat ilk iddia üzrə Cavabdeh alınıb ilk İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə ilk iddia üzrə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-30/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-30/2025
08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver