Məhkəmə qərarları › İş №2(073)-3005/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3005/2025

15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3005/2025 15.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun (ərizəçinin) xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonu, Bədirli kəndində anadan olmağı və X3, anası X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən o (ərizəçi), xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonunun Bədirli kəndində anadan olmuşdur. X1 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, onun soyadını daşıyır. X3, anası X2r. Valideynlərinin hər ikisi vəfat etmişdir. Onun (ərizəçinin) xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonunun Bədirli kəndində anadan olması xx.xx.2008-ci il tarixli AZE N0******* seriyalı şəxsiyyət vəsiqəsi ilə, eyni zamanda Əliqasımlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış ilə təsdiq olunur. Doğum faktını müəyyən edilməsi ona vərəsəliklə bağlı sənədləşmə işləri üçün lazımdır. O (ərizəçi), doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etsə də, hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı ilə aralarında iki yaş fərqləri var – bacısı ondan iki yaş kiçikdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun sinif yoldaşı olub. 1965-ci ildən ərizəçi ilə bir sinifdə oxuyublar. Ərizəçi 1958-ci il təvəllüdlüdür, Bədirli kəndində doğulub. İşdə olan AZE N0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Cəlilabad rayonunun Bədirli kəndində doğulub. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü ölmüşdür. İşdə olan Cəlilabad rayon İHB Əliqasımlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.085.2025-ci il tarixli arayışdan görünür ki, Quliyeva X6 rayonunun Bədirli kəndində anadan olub və hal-hazırda Bədirli kəndində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğulm akt qeydinin müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Doğum faktının müəyyən olunmasıMaraqlı şəxsndə mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonunun Bədirli kəndində anadan olmuşdur. X3, anası X2r. Valideynlərinin hər ikisi vəfat etmişdir. Ərizəçinin xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonunun Bədirli kəndində doğulması xx.xx.2008-ci il tarixli AZE N0******* seriyalı şəxsiyyət vəsiqəsi ilə, şahid ifadələri və arayış ilə təsdiq olunur. Doğum faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı sənədləşmə işləri üçün lazımdır. O, doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etsə də, hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası X4, X3 olmaqla xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonunun Bədirli kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar