Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3016/2024 18.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 02 iyun 2006-cı il tarixdə doğulmuş X6, 20 aprel 2009-cu il tarixdə doğulmuş X4 və 24 may 2010-cu il tarixdə doğulmuş X2 Cəlilabad rayonu Göytəpə xəstəxanasında doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, o, X11 ilə faktiki ailə həyatı qurmuşlar, lakin nikahlarını rəsimləşdirməmişlər. Onların faktiki nikahından uşaqları 02 iyun 2006-cı il tarixdə X12, 20 aprel 2009-cu il tarixdə X10 və 24 may 2010-cu il tarixdə X8 doğulmuşlar. O, hərbiçi olduğundan uzun müddət Beyləqan rayonu 189 nömrəli hərbihissəsdə yaşamış, hazırda isə təqaüdə çıxmış və ailə üzləri ilə birlikdə ünvan 1 ünvanda yaşayırlar. Bəzi sənədləşmə işlərinin aparılması üçün övladlarının doğum haqqında şəhadətnamələri lazım olduğundan Maraqlı şəxsnə müraciət edərək doğum haqqında şəhadətnamələrin verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsində ona məlum olmuşdur ki, övladları X6, X4 və X2 ümumiyyətlə doğum aktı qeydiyyatı aparılmamışdır. Halbu ki, icra nümayəndəliyinin arayışları və xəstəxana arayışları mövcuddur ki, həmin arayışlarda, 02 iyun 2006-cı il tarixli X12, 20 aprel 2009-cüil tarixdə X10 və 24 may 2010-cu il tarixdə X1 rayonu Göytəpə xəstəxanasında doğulduqları qeyd olunmuşdur. O, doğum aktlarının qeydinin bərpa olunması üçün təkrar Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində ona izah olunmuş ki, doğum aktlarının qeydi aparılmadığı üçün doğum aktı qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Səhiyyə Nazirliyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanası Göytəpə şəhər uşaq xəstəxanası tərəfindən verilmiş 18 avqust 2015-ci il tarixli, 40 saylı arayışdan görünür ki, 02 iyun 2006-cı il təvəllüdlü X12 tibbi müayinədən keçmiş və sağlamdır. İşdə olan Səhiyyə Nazirliyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanası Göytəpə şəhər uşaq xəstəxanası tərəfindən verilmiş 18 avqust 2015-ci il tarixli, 39 saylı arayışdan görünür ki, 20 aprel 2009-cu il təvəllüdlü X10 tibbi müayinədən keçmiş və sağlamdır. İşdə olan Səhiyyə Nazirliyi Cəlilabad Mərkəzi Rayon Xəstəxanası Göytəpə şəhər uşaq xəstəxanası tərəfindən verilmiş 18 avqust 2015-ci il tarixli, 41 saylı arayışdan görünür ki, 24 may 2010-cu il təvəllüdlü X8 tibbi müayinədən keçmiş və sağlamdır. İşdə olan Cəlilabad RİHB-nın Göytəpə şəhər İƏDÜN-yi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, F41/2-9-104/2024 saylı şəkilli arayışdan görünür ki, X12 02 iyun 2006-cı il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuşdur. İşdə olan Cəlilabad RİHB-nın Göytəpə şəhər İƏDÜN-yi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, F41/2-9-103/2024 saylı şəkilli arayışdan görünür ki, X10 20 aprel 2009-cu il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuşdur. İşdə olan Cəlilabad RİHB-nın Göytəpə şəhər İƏDÜN-yi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, F41/2-9-105/2024 saylı şəkilli arayışdan görünür ki, X12 24 may 2010-cu il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuşdur. İşdə olan Uşağın fərdi tibbi kartasından görünür ki, 02 iyun 2006-cı il təvəllüdlü X12 tibbi müayinədən keçmiş, boyu 1,20 sm, çəkisi 22 kq olmaqla müayinənin nəticəsi müsbət çıxmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi uşaqlarının doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün uşaqlarının doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası Ərizəçi, anası X11 olmaqla X12 02 iyun 2006-cı il tarixdə, X10 20 aprel 2009-cu il tarixdə və X8 isə 24 may 2010-cu il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuşlar, lakin doğulduqları vaxtdan hazıradək valideynləri onlara doğum haqqında şəhadətnamələr almamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqları X9, X7 və X5 doğum haqqında şəhadətnamələrin alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, atası Ərizəçi, anası X11 olmaqla X6 02 iyun 2006-cı il tarixdə, X4 20 aprel 2009-cu il tarixdə və X2 24 may 2010-cu il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmalarının qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Atası Ərizəçi, anası X11 olmaqla X6 02 iyun 2006-cı il tarixdə, X4 20 aprel 2009-cu il tarixdə və X2 24 may 2010-cu il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmalarının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3016/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3016/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver