Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-302/2024 22.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1957-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində doğulması və X2, anası X4 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, xx xxxxxx 1957-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində doğulmuşdur. X2, anası isə X3r. Bəzi sənədləşmə işləri üçün doğum haqqında şəhadətnamə lazım olduğundan Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydi barədə arayış verilməsini xahiş etmişdir. Halbuki hazırda rəsmi sənədlər mövcuddur ki, həmin sənədlərlə onun xx xxxxxx 1957-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmağı öz təsdiqini tapır. O, doğum akt qeydinin bərpa olunması üçün təkrar Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum akt qeydi aparılmadığı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Onun xx xxxxxx 1957-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmasını şahidlər də təsdiq edə bilərlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi, X2, anası X4 olmaqla xx xxxxxx 1957-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmuş və həmin kənddə böyüyüb boya-başa çatmışdır. Ərizəçi X2, anası isə X3r. Ərizəçi doğulan zaman onun doğum aktı qeydə alınmamışdır. O, Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmuş və eyni orta məktəbdə oxumuşlar. Ərizəçi X2, anası isə X3r. O, təsdiq edir ki, Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmuşdur. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx xxxxxx 1957-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmuşdur. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Ərizəçi 09 saylı təsərrüfat başına kitabın 94-cü səhifəsinə əsasən xx xxxxxx 1957-ci il tarixdə doğulması qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X4 01 mart 2015-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X6 22 iyul 2022-ci ildə Bakı şəhəri Xəzər rayonunda vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X2, anası X4 olmaqla Ərizəçi xx xxxxxx 1957-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində doğulmuşdur. Ərizəşi doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə Ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X2, anası X4 olmaqla Ərizəçi xx xxxxxx 1957-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X2, anası X4 olmaqla Ərizəçi xx xxxxxx 1957-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-302/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-302/2024
22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver