Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3036/2024 29.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi Müseyib oğlunun iştirakı ilə Ərizəçi Müseyib oğlunun Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Müseyib oğlu ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X5 14 iyul 2023-cü ildə Cəlilabad şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Müseyib oğlu ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, 12 may 1972-ci ildə Cəlilabad şəhərində doğulmuşdur və hazırda həmin ünvanda yaşayır. X2, anası X7r. X3 isə onun (ərizəçinin) qardaşıdır. X19 xx.xx.1974-cü ildə doğulmuş, 14 iyul 2023-cü ildə xəstəlikdən vəfat etmişdir. Həmin vaxt başları yas mərasiminə qarışdığından qardaşının ölüm akt qeydi aparılmamışdır. Ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Qardaşının ölüm faktını müəyyən edilməsi ona (ərizəçiyə) vərəsəliyin açılması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində ifadə alınmış X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. X23 da onun (şahidin) qardaşı olmuşdur. X8 14 iyul 2023-cü ildə vəfat etmiş, Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Xəstəliyə səbəb başında yaranmış şiş olmuşdur. Həmin şişin onkoloji və ya digər xarakterli olması barədə dəqiq diaqnoz yox idi. Qardaşı öldükdən sonra başları yas mərasiminə qarışdığından qardaşına ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində ifadə alınmış X13 verdiyi ifadəsində göstərmişdir ki, X23 onun (şahidin) bacısı oğludur. X8 14 iyul 2023-cü ildə vəfat etmiş, Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Başında şiş var idi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində ifadə alınmış X10 digər ərizəçinin və onun mərhum qardaşının dostu olmasını göstərərək digər şahidlərin ifadələrinə uyğun ifadə vermişdir. İşdə olan Cəlilbad rayon VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sevil Məmməd qızı ilə xx.xx.1969-cu ildə nikahlarını bağlamışlar və bu barədə nikah akt qeydləri kitabında 43 saylı akt qeydi aparılmışdır. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Müseyib oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1974-cü ildə doğulmuş X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan Tibbi Ərazi Bölmələrinin X15 X25 rayon X12 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkim-terapevti Balağa Panəliyevə müraciət etmiş, Cəlilabad RMX PHŞ-də əlavə heç bir qeydiyyatı yoxdur. İşdə olan qəbir daşının foto şəklindən görünür ki, X5 ölüm tarixi kimi 14 iyul 2023-cü il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X8 xx.xx.1974-cü ildə doğulmuş, 14 iyul 2023-cü ildə vəfat etmişdir. Həmin vaxt ailə üzvlərinin başları yas mərasiminə qarışdığından qardaşının ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümünü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Qardaşının ölüm faktını müəyyən edilməsi ərizəçiyə vərəsəlik açılması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X8 14 iyul 2023-cü ildə Cəlilabad şəhərində ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 avqust 1974-cü ildə Cəlilabad şəhərində doğulmuş X5 14 iyul 2023-cü ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3036/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3036/2024
29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver