Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3071/2025 28.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1948-ci il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində doğulmağı və atasının X4, anasının isə X5 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o xx xxxxxx 1948-ci il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində anadan olmuşdur. X1, anası X2r. Valideynlərinin hər ikisi vəfat etmişdir. O, keçmiş sovet pasportunu təqdim edərək yeni AZE 0******* saylı şəxsiyyət vəsiqəsi almışdır. Vərəsəliklə bağlı doğum haqqında şəhadətnaməyə ehtiyac yarandığından şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, orada doğum akt qeydi kitablarında onun adı aşkar edilmədiyi üçün izah olunmuşdur ki, doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Onun xx xxxxxx 1948-ci il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində anadan olmağı AZE 0******* saylı şəxsiyyət vəsiqəsi ilə, Azərbaycan Xalq Təsərrüfatı İnstitutu tərəfindən verilmiş 05 iyul 1971-ci il tarixli, Ş 300938 saylı Diplomu ilə, Cəlilabad rayon Hərbi Komissarlığının HZ ******* saylı hərbi bileti ilə və eyni zamanda Ağdaş kənd İƏD üzrə mümayəndəliyinin 29 sentyabr 2025-ci il tarixli arayışı ilə də təsdiq olunur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun bibisi oğludur. Ərizəçi xx xxxxxx 1948-ci ildə Cəlilabad rayonu, Vənlik kəndində doğulmuşdur, X1, anası isə X2r. Ərizəçinin valideynləri vəfat etmişlər. O, Ərizəçi xx xxxxxx 1948-ci ildə doğulmasını, atasının X4, anasının isə X5 olmasını təsdiq edir. İşdə olan Cəlilabad rayon Qeydiyat şöbəsi tərəfindən 29 sentyabr 2025-ci il tarixdə verilmiş 974/12 saylı arayışdan görünür ki, X4 ilə X5 nikahlarını 01 aprel 1962-ci il rəsmiləşdirmişlər. Bu barədə nikah akt qeydləri kitabında 39 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1948-ci ildə Cəlilabad rayonu Vənli kəndində doğulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyat şöbəsi tərəfindən 29 sentyabr 2025-ci il tarixdə verilmiş 971/12 saylı arayışdan görünür ki, X4 31 iyul 1979-cu ildə “Ürək damar çatmamazlığı” səbəbindən Cəlilabad rayonu, Vənlik kəndində ölmüşdür. İşdə olan Cəlilabad rayon Qeydiyat şöbəsi tərəfindən 29 sentyabr 2025-ci il tarixdə verilmiş 972/12 saylı arayışdan görünür ki, X5 18 avqust 1990-cı ildə “Ürək damar çatmamazlığı” səbəbindən Cəlilabad rayonu, Vənlik kəndində ölmüşdür. İşdə olan Cəlilabad RİH-nin Ağdaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 29 sentyabr 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Məmmədov X3 rayonu, Vənlik kəndində xx xxxxxx 1948-ci ildə doğulmuşdur, 2013-cü ilə qədər həmin kəndə yaşamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 24 sentyabr 2025-ci il tarixdə verilmiş 12/1825 saylı məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi Qeydiyyat şöbəsinin arxivində xx.xx.1946-cı ildən 1951-ci ilədək, 1948-ci ildən 1970-ci ilədək bərpa doğum haqqında akt qeydləri üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X1, anası X5 olmaqla Ərizəçi xx xxxxxx 1948-ci ildə Cəlilabad rayonu, Vənlik kəndində doğulmuşdur. Ərizəçi doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə özünə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1, anası X5 olmaqla Ərizəçi xx xxxxxx 1948-ci ildə Cəlilabad rayonu, Vənlik kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X1, anası X5 olmaqla Ərizəçi xx xxxxxx 1948-ci il tarixdə Cəlilabad rayonu, Vənlik kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3071/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3071/2025
28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver