Məhkəmə qərarları › İş №2(073)-3084/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3084/2024

21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3084/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Cəlilabad rayon 1 saylı Notariat Ofisinə qarşı 23 avqust 2006-cı ildə vəfat etmiş mərhum atası X3 ilə 24 dekabr 1999-cu ildə vəfat etmiş X2 bir-birinə münasibətdə qardaş olmaqla X2 onun əmisi olması və 05 oktyabr 2002-ci ildə vəfat etmiş mərhum anası X4 ilə 31 may 2014-cü ildə vəfat etmiş X1 bir-birinə münasibətdə bacı olmaqla X1 onun xalası olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Cəlilabad rayon 1 saylı Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 23 avqust 2006-cı ildə vəfat etmiş mərhum atası X3 ilə 24 dekabr 1999-cu ildə vəfat etmiş X2 bir-birinə münasibətdə qardaş olmaqla X2 onun əmisi olması və 05 oktyabr 2002-ci ildə vəfat etmiş mərhum anası X4 ilə 31 may 2014-cü ildə vəfat etmiş X1 bir-birinə münasibətdə bacı olmaqla X1 onun xalası olması faktının müəyyən edilməsini təmin edəcək müvafiq məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Ərizəçi ərizəsində 23 avqust 2006-cı ildə vəfat etmiş mərhum atası X3 ilə 24 dekabr 1999-cu ildə vəfat etmiş X2 bir-birinə münasibətdə qardaş olmaqla X2 onun əmisi olması və 05 oktyabr 2002-ci ildə vəfat etmiş mərhum anası X4 ilə 31 may 2014-cü ildə vəfat etmiş X1 bir-birinə münasibətdə bacı olmaqla X1 onun xalası olması faktının müəyyən edilməsini xahiş etmişdir, lakin, həmin iddia predmeti üzrə tələb inzibati orqan olan Şirvan İnzibati Məhkəməsinə aiddir. Ona görə də iddia tələbi inzibati məhkəmədə baxılan tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən inzibatiməhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan mübahisələrdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi ərizəçinin qohumluq faktının müəyyən olunması tələbi inzibati orqan olan Şirvan İnzibati Məhkəməsinə aiddir və hazırki mübahisənin kökündə inzibati mübahisə mövcuddur. Göründüyü kimi ərizəçinin ərizəsində göstərdiyi tələblər ümumi məhkəmələrdə, mülki məhkəmə icraatı qaydasında baxılan tələblər deyil, ona görə də iddia ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) Ərizəçi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Ərizəçi maraqlı şəxs Cəlilabad rayon 1 saylı Notariat Ofisinə qarşı 23 avqust 2006cı ildə vəfat etmiş mərhum atası X3 ilə 24 dekabr 1999-cu ildə vəfat etmiş X2 bir-birinə münasibətdə qardaş olmaqla X2 onun əmisi olması və 05 oktyabr 2002-ci ildə vəfat etmiş mərhum anası X4 ilə 31 may 2014-cü ildə vəfat etmiş X1 bir-birinə münasibətdə bacı olmaqla X1 onun xalası olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilsin. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar