Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-31/2023 24.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən vurulmuş ziyanın ödənilməsi, qanunsuz əməllərinə son qoyulması, zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən vurulmuş ziyanın ödənilməsi, qanunsuz əməllərinə son qoyulması, zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin naturada ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddiasını əsaslandıraraq bildirdi ki, iddiaçı Cəlilabad rayonu Cəfərxanlı kəndində yaşayır. İddiaçının xüsusi mülkiyyətində Cəlilabad rayonu Cəfərxanlı kəndində cəmi 0,12 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə, **********87 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Lakin cavabdehlər iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsini zəbt etmişlər. İddiaçı mülkiyyətində olan torpaq sahəsində ev tikməkdən ötrü bir kamaz beton qumu tökdürmüşdür. İddiaçı dəfələrlə cavabdehlərə qanunsuz əməllərini dayandırması və torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə iddiaçı, cavabdehlər tərəfindən hədələnmiş, torpaq sahəsinin onlara məxsus olduğunu və iddiaçıya qaytarmaycaqlarını bildirmişlər. İş üzrə məhkəmə tikinti ekspertizası təyin edilmiş və ekspert tərəfindən verilmiş rəydə onun mülkiyyətində olan yerin cavabdeh tərəfindən zəbt edilməsi qeyd edilmişdir. Ona görə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixdə, **********87 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair cavabdehlərdən vurulmuş ziyanın ödənilməsi, cavabdehlərin qanunsuz əməllərinə son qoyulması, zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin naturada iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən mübahisə edilən torpaq sahəsi ona Cəlilabad rayon Cəfərxanlı bələdiyyəsi tərəfindən 21 avqust 2005-ci il tarixli müqavilə əsasında verilmişdir. Bu barədə torpaq sahəsinin alqı-satqısı barədə akt və protokoldan çıxarış verilmişdir. Torpaq sahəsinə dair bütün sənədləşmə işləri səlahiyyətli orqanlar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Lakin onlara məlum olmayan səbəblərdən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması barədə çıxarış verilmişdir. İddianı əsassız hesab edir. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. İşə üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 21 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli, **********87 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Cəfərxanlı kəndində yerləşən 0,12 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4778 saylı ekspert rəyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı **********87 reyestr nömrəli çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 tərəfindən istifadə edilir. İddiaçı **********87 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən əkin işlərinin aparılması müəyyən edildi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı **********87 reyestr nömrəli çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi onun iddia etdiyi torpaq sahəsidir. Cəlilabad rayonu Cəfərxanlı kəndli ərazisində 21 avqust 2005-ci il tarixli, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 verilmiş 1200 kv.metr torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin olmaması səbəbindən bu torpaq sahəsi ilə iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək, müqayisələndirmək mümkün olmadı. Cəlilabad rayonu Cəfərxanlı kəndli ərazisində 21 avqust 2005-ci il tarixli, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 verilmiş 1200 kv.metr torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq sahəsinin planı və ölçüsü» sənədi olmadığından bu torpaq sahəsinin mübahisələndirilən məkan daxilində yerlşəmə vəziyyətini (mövqeyini) təyin etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində Cəlilabad rayonu Cəfərxanlı kəndində cəmi 0,12 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 08 sentyabr 2021-ci il tarixdə, **********87 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. İddiaçı **********87 reyestr nömrəli çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 tərəfindən istifadə edilir. İddiaçı **********87 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən əkin işləri aparılmışdır. Həmçinin, müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonu Cəfərxanlı kəndli ərazisində 21 avqust 2005-ci il tarixli, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 verilmiş 1200 kv.metr torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən «Torpaq sahəsinin planı və ölçüsü» sənədi olmadığından bu torpaq sahəsinin mübahisələndirilən məkan daxilində yerlşəmə vəziyyətini (mövqeyini) təyin etmək mümkün olmamışdır. Göründüyü kimi İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə Cavabdeh1 Cəlilabad rayonu Cəfərxanlı kəndli ərazisində 21 avqust 2005-ci il tarixli, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən verilmiq 1200 kv.metr torpaq sahəsinin eyni torpaq sahəsi olması müəyyən edilmir. Ona görə də cavabdehin özünə məxsus torpaq sahəsindən istifadə etməsi barədə dəlilləri əsassızdır. Belə olan halda iddiaçı mülkiyyət hüquqlarının təmin edilməsi tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddianın, cavabdehlərdən tələb olunan bir kamaz beton qumu üçün verilən 220 manat pul tələbinə qiymət verərək belə hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının nümayəndəsi bir kamaz beton qumu üçün 220 manat pulun verilməsi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixdə, **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Cəlilabad rayonu, Cəfərxanlı kəndində mülkiyyətinə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılmalı, cavabdehlərin qanunsuz əməllərinə son qoyulmalı və torpaq sahəsi İddiaçı qaytarılmalıdır. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 95 manat isə cavabdehlərdən alınaraq İddiaçı ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixdə, **********87 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Cəlilabad rayonu, Cəfərxanlı kəndində mülkiyyətinə verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsindən çıxarılmalı, cavabdehlərin qanunsuz əməllərinə son qoyulmalı və torpaq sahəsi İddiaçı qaytarılsın. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilmiş 95 manat isə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-31/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-31/2023
24.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver