Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-314/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 22 iyun 1996-cı ildə Cəlilabad rayonu Ocağlı kəndində anadan olmuş X1 26 may 2011-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum oğlu X3 22 iyun 1996-cı ildə Cəlilabad rayonu Ocağlı kəndində anadan olmuş, lakin 26 may 2011-ci ildə vəfat etmişdir. Vəfat etdikdən sonra elə həmin gün Cəlilabad rayonu Ocağlı kənd məzarlığında dəfn edilmişdir. Həmin vaxt övladının ölüm akt qeydinin aparılması üçün müvafiq orqanlara müraciət etmədiyindən Maraqlı şəxsndə bu barədə ölüm akt qeydi aparılmamışdır. Övladı Seymurun 26 may 2011-ci ildə vəfat etməsi və Ocağlı kənd məzarlığında dəfn edilməsi Cəlilabad rayonu Ocağlı kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla da təsdiq edilmişdir. Övladının ölüm faktının təsdiq edilməsi üçün qəbrüstü abidəsinin fotoşəkli də mövcuddur. Həmçinin övladının vəfat etməsini şahidlər də təsdiq edə bilərlər. Qeyd olunanlarla bağlı Maraqlı şəxsnə müraciət edərək, mərhum oğlu X1 26 may 2011-ci ildə vəfat etməsi barədə müvafiq akt qeydi aparılmasını və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (ölüm) haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs məktubu ilə mərhum övladının ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığı üçün mərhum övladının ölüm aktı qeydinin aparılmasının mümkün olmadığı və ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Göründüyü kimi, mərhum oğlu X1 ölüm faktının tanınması zərurəti yaranmışdır və bu barədə müvafiq ölüm haqqında şəhadətnamə verilməlidir. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 1447/12 saylı doğum haqqında arayışdan görünür ki, X3 22 iyun 1996-cı il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X2r. İşdə olan Cəlilabad RİHB-nın Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 5-41/2-18-536/2024 saylı arayışdan görünür ki, X3 xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində anadan olmuş, xx.xx.2011-ci il tarixdə vəfat etmiş və Ocaqlı kənd məzarlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş mərhum X1 məzar daşının fotoşəklində doğum tarixi xx.xx.1996-cı il, ölüm tarixi isə xx.xx.2011-ci il göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi oğlu X3 26 may 2011-ci il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində vəfat etmiş və vəfatından sonra Ocağlı kənd məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi oğlu Seymur Şahbazovun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş oğluna ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 26 may 2011-ci il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 22 iyun 1996-cı ildə doğulmuş X1 26 may 2011-ci il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-314/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-314/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver