Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3172/2025 06.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mərhum həyat yoldaşı X2 miras qalmış Cəlilabad şəhəri, X12, 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzilə və ünvan 2 ünvanda 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinə miras əmlaklara qanun üzrə vərəsə tanınmaqla, həmin miras əmlaklardan payının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 miras qalmış Cəlilabad şəhəri, X12, 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzil və ünvan 2 ünvanda 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinə miras əmlakın qəbul edilməsi və həmin miras əmlaka qanun üzrə vərəsə tanınmaqla ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, mərhum həyat yoldaşı X2 miras qalmış Cəlilabad şəhəri, X12, 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzilə və ünvan 2 ünvanda 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinə miras əmlaklara qanun üzrə vərəsə tanınmaqla, həmin miras əmlaklardan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xaiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cəlilabad rayon 1 saylı Notariat Kontorunun nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 1963-cü ildə Cəlilabad rayonu, Xəlilli kəndində anadan olmuşdur. Həyat yoldaşı X8 olmuşdur. Hazırda Cəlilabad şəhəri, X12 207, mənzil 2 ünvanında yaşayır. Mərhum həyat yoldaşı ilə aralarında rəsmi nikah 28 mart 1990-cı il tarixdə bağlanmışdır. Həmin nikahdan onların övladı olmamış və sonradan bilmişdir ki, həyat yoldaşı X1 adlı qadınla qeyri-rəsmi münasibətdə olmuşdur. Həmin münasibətlərindən 25 dekabr 2008-ci il tarixdə X7 dünyaya gəlmiş və atalığı müəyyən edilmişdir. Həyat yoldaşı Mətləb Əbilov 24 fevral 2023-cü ildə vəfat etmişdir. Mərhum həyat yoldaşına məxsus olan Cəlilabad şəhəri, X12, 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzil və ünvan 2 ünvanda 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evi vardır. O, həyat yoldaşı Mətləb Əbilovdan miras qalmış qeyd edilən daşınmaz əmlaka qanun üzrə vərəsə tanınmaq üçün Cəlilabad rayon Notariat Ofisinə müraciət etmişdir, lakin 25 dekabr 2008-ci il tarxdə doğulmuş X7 mirasın bölüşdürülməsi ilə əlaqədar mübahisə yarandığından notariatda əməliyyatların aparılması mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan V-JQ 287867 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 nikahlarını 28 mart 1990-cı ildə rəsmiləşdirmişlər, bu barədə nikah akt qeydləri kitabında 45 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əbilova soyadı verilmişdir. İşdə olan AZ-İİ 332747 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 fevral 2023-cü il tarixdə “Mədə girəcəyinin badxassəli yenitörəməsi” səbəbindən vəfat etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********74-10301 reyestr nömrəli çıxarışdan görünür ki, X5 xüsusi mülkiyyətində ünvan 4 ünvanında 0,0624 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 21,7 kv.metrlik fərdi yaşayış evi vardır. 18 noyabr 2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 mart 2009-cu il tarixli, 238 nömrəli orderdən görünür ki, X5 Cəlilabad şəhəri, X12, 207 saylı binada yerləşən yaşayış sahəsi 31,18 kv.metr olan, iki otaqlı, 2 nömrəli mənzili tutmaq ixtiyarı vardır. Ailə tərkibinə həyat yoldaşı İddiaçı aiddir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********40-05101-093002 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad şəhəri, X12ndə istifadədə olan 0,03131 ha torpaq sahəsində yerləşən 207 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46,16 kv.m ümumi, 31,18 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına 06 aprel 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabında 175 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X5 adına Cəlilabad şəhəri, X12 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzil və ünvan 2 ünvanında 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evi hüquqi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətdədir. İşdə olan Cavabdeh tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 1044 nömrəli məktubdan görünür ki, İddiaçı və X7 mərhum X5 vərəsələridir. İşdə olan Cavabdeh tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli, 1468 nömrəli məktubdan görünür ki, İddiaçı miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan 03 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hazırki iddianın verilməsindən ötrü Cəlilabad Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləlilklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə mərhum həyat yoldaşı X5 nikahı 28 mart 1990-cı ildə rəsmiləşdirilmişdir. Həmin nikahdan onların övladları olmamışdır və mərhum həyat yoldaşı X1 adlı qadınla qeyri-rəsmi münasibətdə olmuşdur. Həmin münasibətlərindən 25 dekabr 2008-ci il tarixdə X7 dünyaya gəlmiş və atalığı müəyyən edilmişdir. Həyat yoldaşı Mətləb Əbilov 24 fevral 2023-cü ildə vəfat etmişdir. Mərhum həyat yoldaşına məxsus olan Cəlilabad şəhəri, X12, 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzil və ünvan 2 ünvanda 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evi vardır. Ərizəçi həyat yoldaşı Mətləb Əbilovdan miras qalmış qeyd edilən daşınmaz əmlaka qanun üzrə vərəsə tanınmaq üçün Cəlilabad rayon Notariat Ofisinə müraciət etmişdir, lakin 25 dekabr 2008-ci il tarxdə doğulmuş X7 mirasın bölüşdürülməsi ilə əlaqədar mübahisə yaratdığından notariusda notariat əməliyyatlarının aparılması mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 Cavabdehnə qarşı mərhum həyat yoldaşı X2 miras çalmış Cəlilabad şəhəri, X12, 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzil və ünvan 2 ünvanda 17 dekabr 2010cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinə dair miras əmlaka qanun üzrə vərəsə tanınmaqla ona düşən payın müəyyən edilməsi tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun, istərsə də vəsiyyət üzrə qəbul edilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunan mülki və ailə qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X5 24 fevral 2023-cü il tarixdə ölümü ilə əmlaklara miras açılmışdır. İddiaçı Şahüseyn qızı mərhum əri X5 rəsmi nikahlı arvadı olduğundan mərhuma məxsus Cəlilabad şəhəri, X12, 207/2 ünvanında 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzildə və ünvan 2 ünvanda 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evində qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ olan ailə üzvü olmaqla birinci növbədə vərəsədir. İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etmiş, lakin, miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina edilmişdir. Məhkəmə, mülki və ailə qanunvericilik normaları və Ali Məhkəmənin 08 may 2019-cu il tarixli 2 saylı bülletenində göstərilən Dövlət orqanlarının və yerli özünü idarə orqanlarının aktları əsasında nikahda olduqları müddətdə ər-arvadın birinə əvəzsiz verilmiş daşınmaz əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir müddəalarına əsasən miras əmlakın vərəsələr nəzərə alınmaqla bölünməsi ilə bağlı qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi mərhum X2 miras qalmış əmlakı arvadı İddiaçı və qızı X7 qəbul etmiş və miras əmlakları həmin vərəsələr arasında bərabər bölünməklə, İddiaçı Cəlilabad şəhəri, X12, 207/2 ünvanında yerləşən 06 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli mənzildən ¾ (dörddə üç) hissədə, mərhumun qızı X4 payı ¼ (dörddə bir) hissədə və ünvan 2 ünvanda yerləşən 17 dekabr 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli fərdi yaşayış evinə İddiaçı ¾ hissədə və mərhumun qızı X4 payı ¼ (dörddə bir) hissədə mülkiyyətə pay hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qanun üzrə vərəsə tanınmaqla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, **********74-10301 saylı çıxarışa əsasən mərhum X5 mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən 0,0624 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 21,7 kv.metrlik fərdi yaşayış evinə İddiaçı ¾ (dörddə üç) hissədə, 06 aprel 2009-cu il tarixli, **********40-05101-093002 saylı reyestr nömrəli çıxarışa əsasən mərhum X5 mülkiyyətində olmuş Cəlilabad şəhəri, X12, 207/2 ünvanında yerləşən 0,03137 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 46,16 kv.metrlik mənzilə İddiaçı ¾ (dörddə üç) hissədə mülkiyyətə pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. İddiaçı qanun üzrə vərəsə tanınmaqla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli, **********74-10301 saylı çıxarışa əsasən mərhum X5 mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən 0,0624 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 21,7 kv.metrlik fərdi yaşayış evinə İddiaçı ¾ (dörddə üç) hissədə, 06 aprel 2009-cu il tarixli, **********40-05101-093002 saylı reyestr nömrəli çıxarışa əsasən mərhum X5 mülkiyyətində olmuş Cəlilabad şəhəri, X12, 207/2 ünvanında yerləşən 0,03137 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 46,16 kv.metrlik mənzilə İddiaçı ¾ (dörddə üç) hissədə mülkiyyətə pay hüququ müəyyən edilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3172/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-3172/2025
06.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver