Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-319/2023 09.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 11 may 2007-ci il tarixdə Biləsuvar şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxxx 1966-cı ildə Cəlilabad rayonu Alar Uzuntəpə kəndində doğulmuş, 12 dekabr 1985-ci il tarixdə X6 ilə ailə qurduqdan sonra Cəlilabad rayonu Uzuntəpə kəndinə gəlin köçərək həmin kənddə yaşamışdır. Onların birgə nikahından 22 avqust 1986-cı ildə doğulmuş qızı X8 11 may 2007-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün qızının ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də qızının ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, Ərizəçi onun bacısı, mərhum X8 isə onun bacısı qızıdır. Şəfəq Rüstəmova 22 avqust 1986-cı ildə Cəlilabad rayonu Novoqolovka kəndində doğulmuşdur. Lakin 11 may 2007-ci ildə isə xəstəlik səbəbindən Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin məzarlığında dəfn edilmişdir. Bir yaxın qohum kimi onun yas mərasimində iştirak etmişdir. O, X4 11 may 2007-ci ildə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Ərizəçi onun gəlini, mərhum X8 isə onun nəvəsidir. X2 Ərizəçi ilə 1985-ci ildə ailə qurmuşlar və onların birgə nikahından 22 avqust 1986-cı ildə mərhum X8 doğulmuşdur. Şəfəq Rüstəmova 11 may 2007-ci ildə isə xəstəlik səbəbindən Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və həmin kəndin məzarlığında dəfn edilmişdir. Nənə kimi o, da yas mərasimində iştirak etmişdir. O, təsdiq edir ki, mərhum X8 11 may 2007-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rüstəmova X7 rayonu Uzuntəpə kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X6 ilə X10 12 dekabr 1985-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 saylı qeydiyyat aparılaraq, arvada Rüstəmova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 02416227 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 22 avqust 1986-cı ildə Cəlilabad rayonu Novoqolovka kəndində doğulmuş və Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olmuşdur. İşdə olan Cəlilabad rayon İHB-nın Uzuntəpə kənd İƏDÜN tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 2114 və 2115 saylı arayışlarından görünür ki, Ərizəçi ailə üzvü, yəni 22 avqust 1986-cı il təvəllüdlü qızı X8 11 may 2007-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi qızı X8 11 may 2007-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və həmin kənddə də dəfn edilmişdir. Sonradan ərizəçi qızı Şəfəqin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X4 11 may 2007-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 22 avqust 1986-cı ildə doğulmuş X4 11 may 2007-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-319/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-319/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver