Məhkəmə qərarları › İş №2(073)-32/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-32/2024

04.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-32/2024 04.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı cavabdehin 19 avqust 2008-ci il tarixli, **********50-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 avqust 2008-ci il tarixli, **********50-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmşidir. Cəlilabad Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(073)-32/2024 saylı qərardadı ilə, iş üzrə ilk İddiaçı1 əsl iddiaçı X7 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Kazımabad kəndində yaşayır. Mərhum əri X5 12 may 2013-cü il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsi tərfindən verilmiş 19 avqust 2008-ci il tarixli, **********50-10301 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Kazımabad kəndində yerləşən 0,2389 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mərhum əri Mirağa Kazımovun mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair texniki pasportu da mərhum əri Mirağa Kazımovun adına tərtib edilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini zəbt edərək, ona və ailə üzvlərinə həmin torpaq sahəsindən istifadə eməsinə imkan vermir. Cavabdehin qanunsuz əməllərinə görə onların mülkiyyət hüquqları pozulmuşdur. O, cavabdehdən dəfələrlə torpaq sahəsini qaytarmasını tələb etsə də, nəticəsi olmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Kazımabad kəndində X3 mülkiyyətində olan 0,2389 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 84,7 kv.m yaşayış, 44,22 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində 19 avqust 2008-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ № 041189 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 may 2013-cü il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1203 saylı ekspert rəyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2- 6886/2023 saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Kazımabad kəndi ərazisində İddiaçı1 tələb etdiyi torpaq sahəsinin **********50-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın elektron baza materialının döngə nöqtələrinin kordinatlarına əsasən X3 mülkiyyətinə verilmiş 0,2389 ha həyətyanı torpaq sahəsinin müəyyən olunmuş hissəsi olduğu, X3 mülkiyyətinə verilmiş 0,2389 ha həyətyanı torpaq sahəsinin 0,0225 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olan 0,2906 ha torpaq sahəsinin hüdudları daxilində (üstüstə düşmə) yerləşdiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2- 6886/2023 saylı mütəxəssis rəyinə əsasən, X3 mülkiyyətinə verilmiş 0,2389 ha həyətyanı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan hissəsində sanitar qovşağının və yarımçıq tikilinin müəyyən hissəsinin yerləşdiyi, qalan hissəsinin isə şum altında olduğu müəəyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Kazımabad kəndində yerləşən 0,2389 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 84,7 kv.m yaşayış, 44,22 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət üzrə iddiaçı X4 mərhum əri X3 mülkiyyətinə verilmişdir. X1 12 may 2013-cü il tarixdə vəfat etmişdir. Lakin iddiaçı X4 tələb etdiyi 0,2389 ha həyətyanı torpaq sahəsinin 0,0225 hektaradək hissəsi Cavabdeh faktiki istifadəsində olan 0,2906 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşdiyi və həmin 0,2389 ha həyətyanı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan hissəsində sanitar qovşağının və yarımçıq tikilinin müəyyən hissəsinin yerləşdiyi, qalan hissəsinin isə şum altında olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/1203 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 19 avqust 2008-ci il tarixli, **********50-10301 reyestr nömrəli çıxarışa əsasən X1nun mülkiyyətinə verilmiş və hazırda iddiaçı X4 istifadəsində olan 0,2389 ha həyətyanı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 233 manat alınaraq iddiaçı X6 verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X6 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh 19 avqust 2008-ci il tarixli, **********50-10301 reyestr nömrəli çıxarışa əsasən X1nun mülkiyyətinə verilmiş və hazırda iddiaçı X4 istifadəsində olan 0,2389 ha həyətyanı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 233 (iki yüz otuz üç) manat alınaraq iddiaçı X6 verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X6 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar