Məhkəmə qərarları › İş №2(073)-320/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-320/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-320/2023 23.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 noyabr 1998-ci ildə doğulmuş mərhum bacısı X2 09 sentyabr 2013-cü il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum bacısı X3 04 noyabr 1998-ci ildə doğulmuşdur. X4 psixoloji problemləri olmuş və buna görə də 09 sentyabr 2013-cü ildə yaşadıqları evin həyətində yerləşən yarımçıq tikilidə özünü asaraq intihar etmişdir. X5 Cəlilabad şəhər qəbirstanlığında dəfn etmişlər. Valideynləri savadsız olduğundan həmin vaxt ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdirlər. Mərhum bacısına ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. Mərhum qızı X3 04 noyabr 1998-ci ildə doğulmuşdur. X7 psixoloji problemləri olmuş və buna görə də 09 sentyabr 2013-cü ildə yaşadıqları evin həyətində yerləşən yarımçıq tikilidə özünü asaraq intihar etmişdir. X8 Cəlilabad şəhər qəbirstanlığında dəfn etmişlər. Savadsız olduğundan həmin vaxt ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdirlər. Ərizəçi mərhum bacısına ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 04 noyabr 1998-ci ildə doğulmuşdur. İşdə olan Cəlilbad rayon Prokurorluğunun xx.xx.2013-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X3 09 sentyabr 2013-cü il il tarixdə yaşadıqları evin həyətində yerləşən yarımçıq tikilidə özünü asaraq intihar etmiş və cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, qəbir daşının üzərində X2 ölüm tarixi xx.xx.2013-cü il qeyd edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin mərhum bacısı X3 09 sentyabr 2013-cü ildə yaşadıqları evin həyətində yerləşən yarımçıq tikilidə özünü asaraq intihar etmişdir. Həmin vaxt müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən X2 ölümü barədə akt qeydi aparılmamışdır. Ərizəçi mərhum bacısına ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X2 09 sentyabr 2013-cü ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 noyabr 1998-ci ildə doğulmuş X2 09 sentyabr 2013-cü ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar