Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3210/2025 26.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nun 02 oktyabr 1981-ci il tarxdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1959-cı il tarixdə ünvan 1 ünvanda yaşayır. X1 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. Lakin oğlu Elşad Şərbətov cəmi 6 aya kimi yaşaya bilmişdir. Belə ki, oğlu Elşad Şərbətov 02 oktyabr 1981-ci il tarixdə Cəlilabad şəhərində yaşadıqları evdə vəfat etmişdir. Daha sonra oğlu Cəlilabad şəhər qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt oğlunun ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmişdir. Ona görə də Elşadın ölüm akt qeydi aparılmamışdır. Hazırda vərəsəlik işinin aparılması üçün Elşadın ölümünü təsdiq edən ölum haqqında şəhadətnaməsinin alınmasına ehtiyac vardır. Ərizəçi bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. X5 bildirmişlər ki, vaxtında Qeydiyyat Şöbəsinə müraciət olunmadığı üçün oğlunun ölüm akt qeydinin aparılması mümkün deyil. Oğlu Elşadın doğum haqqında şəhadətnaməsi mövcuddur və Dövlət Aktı siyahısında adı qeyd edilmişdir. Bundan başqa oğlu Elşadın ölümünü həmin vaxt görmüş şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən məzmunda izahat verib, vərəsəlik işinin aparılması üçün ölüm haqqında şəhadətnamənin almağın zəruri olduğunu bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən qardaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur; atası Ərizəçi, anası X3r; - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 xx.xx.1980-cı il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Şərbətova” soyadı verilmişdir; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2025-ci il tarixində Cəlilabad şəhərində vəfat etmişdir; - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 492/1629 nömrəli arayışından görünür ki, xx.xx.1981-ci il tarixdə anadan olmuş X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin və digər hüquqmüəyyən edici sənədlər təqdim olunmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır; - “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-32/2-Ş-452-42-175/2025 nömrəli arayışdan görünür ki, Cəlilabad rayon sakini X2 xx.xx.1981-ci tarixdə ölümü ilə bağlı Cəlilabad RMX-də heç bir məlumat aşkar olunmamışdır; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, ərizəçinin yaxınıdır, mərhum X7 1981-ci il tarixdə xəstəlik səbəbindən vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X7 ərizəçinin oğludur. X7 xx.xx.1981-ci ildə Cəlilabad şəhərində vəfat etmiş və şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X7 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.1981-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X2 02 oktyabr 1981-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-3210/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3210/2025
26.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver