Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-322/2023 31.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, İddiaçı Ağalı oğlunun iştirakı ilə, İddiaçı Ağalı oğlunun Cavabdeh qarşı torpaq sahəsi üzərində müvafiq sənədləşmənin aparılmasına cavabdeh tərəfindən törədiləcək maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ağalı oğlu Cavabdeh qarşı torpaq sahəsi üzərində müvafiq sənədləşmənin aparılmasına cavabdeh tərəfindən törədiləcək maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağalı oğlu məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, mülki iş üzrə cavabdehə verilmiş Bələdiyyə sənədinin ləğvinə dair İnzibati məhkəmədə baxılması zərurəti yaranmışdır. Ona görə də mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasının və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Ağalı oğlunun Cavabdeh qarşı torpaq sahəsi üzərində müvafiq sənədləşmənin aparılmasına cavabdeh tərəfindən törədiləcək maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-322/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-322/2023
31.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver