Məhkəmə qərarları › İş №2(073)-3246/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3246/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3246/2025 11.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 01 may 1998-ci il tarixdə Cəlilabad rayonu, Xəlilabad kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsini əsaslandıraraq verdiyi zahatında bildirdi ki, onun mərhum qardaşı X6 26 mart 1977-ci il tarixdə Cəlilabad rayonu, Xəlilalad kəndində anadan olmuşdur. X1 və anası X5 hər ikisi vəfat etmişdir. Mərhum qardaşı 01 may 1998-ci il tarixdə Cəlilabad rayonu, Xəlilabad kəndində vəfat etmişdir və Xəlilabad kənd qəbiristanlığında dəfn edilmişdir. Ölümündən sonra ailənin başı yas mərasiminə qarışdığı üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət olunmamışdır. Maraqlı şəxsnə müraciət etmiş, lakin Cəlilabad RMX PHŞ-nə müraciət olunmadığı üçün ölümün qeydə alınması mümkün olmamışdır. Hal-hazırda torpaq sənədlərinin sənədləşməsi və digər işlər üçün mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi lazımdır. Qeydiyyat Şöbəsində mənə bildirmişlər ki, qardaşının ölümünü təsdiq edən həkim arayışı olmadığından Maraqlı şəxsndə ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Ərizəçi onun bacısı, mərhum X6 isə qardaşıdır. Mərhum qardaşı 01 may 1998-ci il tarixdə Cəlilabad rayonu, Xəlilabad kəndində vəfat etmişdir və Xəlilabad kənd məzarlığında dəfn edilmişdir. Ölümündən sonra ailənin başı yas mərasiminə qarışdığından ölüm haqqında şəhadətnamə alınması üçün heç yerə müraciət etməmişlər. O, X2 01 may 1998-ci ildə Cəlilabad rayonu, Xəlilabad kəndində vəfat etməsini təsdiq edir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli, 880/12 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxxx 1984-cü ildə Cəlilabad rayonu, Xəlilabad kəndində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli, 872/12 saylı arayışdan görünür ki, X6 26 mart 1977-ci ildə Cəlilabad rayonu, Xəlilabad kəndində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli, 423/12 saylı arayışdan görünür ki, X5 26 oktyabr 1999-cu ildə “Şəkərli diabet” səbəbindən Cəlilabad rayonu, Xəlilabad kəndində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli, 425/12 saylı arayışdan görünür ki, X4 30 may 2008-ci ildə “Tromboemboliya” səbəbindən Cəlilabad rayonu, Xəlilabad kəndində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, 26 mart 1977-ci ildə doğulmuş X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlisiniz. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Hamarqışlar kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Xəlilabad kənd sakini X6 01 may 1998-c ildə vəfat etmiş və Xəlilabad kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan məzaradaşı fotoşəkillərindən görünür ki, 26 mart 1977-ci il təvəllüdlü X6 01 may 1998-ci ildə vəfat etmişdir və məzarına başdaşı qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi 26 mart 1977-ci ildə doğulmuş qardaşı X6 01 may 1998-ci il tarixdə Cəlilabad rayonu, Xəlilabad kəndində vəfat etmiş və vəfatından sonra Cəlilabad rayonu, Xəlilabad kənd məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi mərhum qardaşı Səyavuş Zeynalovun ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş bacısına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, 26 mart 1977-ci il tarixdə doğulmuş X2 01 may 1998-ci il tarixdə Cəlilabad rayonu, Xəlilabad kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 26 mart 1977-ci ildə doğulmuş X2 01 may 1998-ci il tarixdə Cəlilabad rayonu, Xəlilabad kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar