Məhkəmə qərarları › İş №2(073)-3374/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3374/2025

14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3374/2025 14.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 Vəkil oğlunun 15 may 1991-ci il tarixdə Cəlilabad rayonu, İnili kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1971-ci il tarixdə Həsənov Vəkil Hüseynağa oğlu ilə rəsmi nikaha daxil olmuşlar. Bu evlilikdən olan mərhum X1 Vəkil oğlu xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonu, Şiləvəngə kəndində anadan olmuşdur. Həyat yoldaşı mərhum Həsənov Vəkil Hüseynağa oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonu, İnili kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi evdar qadındır, sənədləşmə işlərindən anlayışı yoxdur. Ölümündən sonra ailənin başı yas mərasiminə qarışdığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət olunmamışdır. Ölüm faktının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Cəlilabad RMX PHŞ-nə müraciət olunmadığı üçün ölümün qeydə alınması mümkün olmamışdır. Hal-hazırda torpaq sənədlərinin sənədləşməsi və digər işlər üçün onun ölüm haqqında şəhadətnaməsi lazım olduğu üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat Şöbəsində ona bildirmişlər ki, övladının ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən məzmunda izahat verib, sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin almağın zəruri olduğunu bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Cəlilabad rayonunun Kürünc kəndində anadan olmuşdur; - doğum haqqında arayışdan görünür ki, Həsənov Firdovsi Vəkil oğlu xx.xx.1982-ci il tarixdə anadan olmuşdur; atası Həsənov Vəkil Hüseynağa oğlu, anası Ərizəçidır; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Vəkil Hüseynağa oğlu xx.xx.2020-ci il tarixində Cəlilabad rayonu, İnili kəndində vəfat etmişdir; - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Vəkil Hüseynağa oğlu ilə Ərizəçi xx.xx.1971-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 nömrə ilə qeyd edilmişdir; - “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-32/2-H-467-42-185/2025 nömrəli arayışdan görünür ki, Cəlilabad rayonu, İnili kənd sakini Həsənov Firdovsi Vəkil oğlunun xx.xx.1991-ci tarixdə ölümü ilə bağlı Cəlilabad RMX-da heç bir məlumat aşkar olunmamışdır; - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Həsənov Firdovsi Vəkil oğlunun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin və digər hüquq müəyyən edici sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır; - Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Şabanlı kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-41/2-30-247-2025 saylı xx.xx.2025 nömrəli arayışdan görünür ki, Həsənov Firdovsi Vəkil oğlu həqiqətən vəfat etmiş, Cəlilabad rayonu, İnili kənd qəbiristanlığında dəfn olunmuşdur; - Qəbirüstü abidənin fotoşəklindən görünür ki, üzərində “Həsənov Firdovsi Vəkil oğlu xx.xx.1982-xx.xx.1991" yazısı əks olunmuşdur; - 29.10.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırılması ilə əlaqədar 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçinin yaxınıdır, mərhum Həsənov Firdovsi Vəkil oğlu uzun illər öncə avtoqəza nəticəsində vəfat etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçinin həmkəndlisidir, mərhum Həsənov Firdovsi Vəkil oğlu uzun illər öncə məktəbdən qayıdarkən yolda avtomobil vurması nəticəsində vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum Həsənov Firdovsi Vəkil oğlu ərizəçinin oğludur. Həsənov Firdovsi Vəkil oğlu xx.xx.1991-ci ildə Cəlilabad rayonu, İnili kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat Şöbəsi tərəfindən Həsənov Firdovsi Vəkil oğlu barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü Həsənov Firdovsi Vəkil oğlunun xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonu, İnili kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 avqust 1982-ci il təvəllüdlü Həsənov Firdovsi Vəkil oğlunun 15 may 1991-ci il tarixdə Cəlilabad rayonu, İnili kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar