Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3398/2025 18.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinə qarşı Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həsənli kənd ümumi tam orta məktəbinin *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətanmə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı 06 yanvar 20*5-ci il tarixdə əmək fəaliyyətinə başlamaqla Cəlilabad rayon Həsənli tam orta məktəbinə gözətçi vəzifəsinə təyin edilmişdir. Lakin, *5 aprel 2025-ci il tarixdə əsassız olaraq Cəlilabad rayon Həsənli tam orta məktəbinin müvafiq əmri ilə işdən azad edilmişdir. İddiaçının işdən azad edilməyi barədə cavabdeh qanunsuz verdiyi əmrlə hüquqlarının pozulmasına şərait yaratmışdır. Cavabdeh əmrin verilməsində əhəmiyyətli olan tam, hərtərəfli və obyektiv araşdırılmasını həqiqətə nail olmaq üçün işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğunluğunu əsaslandırmamışdır. İşdə iddiaçının əmək funksiyasını yerinə yetirməməyi, yaxud keyiyyətsiz yerinə yetirməyi, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirməməsini təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Bundan başqa əmrdən görünür ki, intizam tənbehi verilməmişdən əvvəl cavabdeh iddiaçıdan yazılı izahat belə tələb etməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin *87-ci maddəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən izahat verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndində göstərilir ki, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 7*-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci madəsinin “Ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunun (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, halebə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Göründüyü kimi qeyd olunan maddələrə görə işəgötürən qeyd olunan əsasla işçi ilə bağlanmış əmək müqaviləsini o, vaxt ləğv edə bilər ki, işçinin qəsdi, səhlənkarlığı, etinasızlığı sübuta yetirilsin və nəticədə işçinin əmək funksiyasını yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürmənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənefelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı 06 yanvar 20*5-ci il tarixdən bu günə kimi qüsursuz işləmiş və əmək funksiyasının yerinə yetirərkən iş ahəngini pozmamış cavabdehə, əmək kollektivinə hər hansı bir formada ziyan vurmamış və ziyanları təsdiq edən heç bir sübut yoxdur. Göründüyü kimi onun əmək münasibətlərinə xitam verilməsi barədə cavabdehin 0* dekabr 20*7-ci il tarixli 34 saylı əmrinin hüquqi əsası yoxdur. İddiaçı cavabdehin qanunsuz əmri ilə işdən azad edilməsinə əsas verən bəzi amilləri cavabdeh hallandırmağa çalışmış, işinin öhdəsindən lazımi səviyyədə gələ bilmədiyini qeyd edərək qanunları bilərəkdən pozulmasına şərait yaratmışdır. İddiaçı tərəfindən bu barədə X** Xidməti X2 müraciət etmişdir. Müfəttişlik tərəfindən (*0.09.2025-ci il tarixli məktub) cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə cərimə edilmiş və eyni zamanda cavabdehə iddiaçını 30 gün ərzində işinə bərpa edilməyi barədə göstəriş verilmişdir. Lakin, cavabdeh buna məhəl qoymadığı üçün iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh mediasiyada iştirak etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin nümayəndəsi X6 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, *995ci ilin sentyabr ayından Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı ilə 06 yanvar 20*5-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən onu məktəbdə gözətçi vəzifəsinə işə götürmüşdür. İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və məktəb daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş, intizama dəvət edilməsi istiqamətində məktəb həmkarlar təşkilatı üzvlərinin iştirakı ilə söhbətlər aparılmışdır. Lakin, İddiaçı əmək müqaviləsindən irəli gələn öhdəliklərini pozmağa davam etmişdir. Bu səbəbdən ididaçıya *9 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86.2-ci maddəsinin "a” bəndinə əsasən töhmət verilmişdir. Aparılmış söhbətlər, verilən cəzadan heç bir nəticə çıxarmamış, təkrarən müəssisə-daxili nizamintizam qaydalarını pozmağa davam etmişdir. Səbəb kimi isə əmisi oğlu Cəlal Əliyevin mal-qoyununu otardığını bildirmişdir və bu səbəbdən işə gələ bilmədiyini söyləmişdir. Təkrar nizam-intizam qaydalarını pozduğuna görə *5 yanvar 2025-ci il tarixdə ona Əmək Məcəlləsinin *86.2-ci maddəsinin “b” bəndinə əsasən sonucu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bütün bunlara baxmayaraq X*4 intizamsız hərəkətlərinə davam etmiş, iş vaxtı məktəbə gəlməmişdir. İşə gəlməməyinin səbəbinə görə izahat verməsini tələb etdikdə əmisi Əliyev Bayandurun ona izahat verməməyi və heç bir sənədə qol çəkməməyi tapşırdığını bildirmişdir. Bu barədə akt tərtib olunmuşdur. Məktəbdə daxili nizam-intizam qaydalarına nəzarət məqsədi ilə 03 fevral 2025-ci il tarixdə və 04 fevral 2025-ci il tarixdə yoxlama aparılmış və İddiaçı bütün iş günü ərzində işdə olmaması müəyyən olunmuşdur. Tərəflərindən akt tərtib olunmuşdur. Bundan sonra iddiaçı ümumiyyətlə işə gəlməmiş və onu heç kimin işdən çıxara bilməyəcəyini bildirmişdir. Bu səbəbdən aktlar tərtib olunmuş, ona fevral, mart və aprel ayının əmək haqqı ödənilməmişdir. Məktəb rəhbərliyi tərəfindən 02 aprel 2025-ci il tarixində ilk həmkarlar təşkilatına İddiaçı işə çıxmaması haqqında məktub göndərilmişdir. *0 aprel 2025-ci il tarixdə məktəb X8 qərarı ilə Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən *5 aprel 2025-ci ildə o, işdən azad edilmişdir. İşçinin əmək kitabçası özünə təqdim edilmişdir. Bu barədə məktəbin əmr kitabında və işçinin əmək kitabçasında qeydlər aparılmışdır. Lakin elektron sistemdə texniki olaraq səhvə yol verilərək işdən çıxma səbəbi kimi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi qeyd edilmişdir. Bununla bağlı həmin yanlışlığa düzəliş edilməsi üçün 08 avqust 2025-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti X2 müraciət də etmişlər. İddiaçı şikayəti ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti X3ndə araşdırma aparılarkən də o, bu barədə onlara verdiyi izahatda da İddiaçı işdən azad edərkən müvafiq qanunvericiliyin bütün tələblərinə riayət etdiyini bildirmişdir.o, Cəlilabad rayonu Cavabdehndə direktor vəzifəsində işləyir. Bundan əlavə İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrlə işdən azad edilsə də, lakin, öz iddiasını qanunvericiliklə nəzərdə tutulmuş * (bir) ay müddətinə deyil, məhz bundan 6 (altı) ay keçdikdən sonra, yəni 2025-ci ilin oktyabr ayında Mediasiya Təşkilatına müraciət etməklə mübahisələndirmişdir və məhkəməyə isə *0 ay keçdikdən sonra müraciət etmişdir. Hazırda da iddiaçı ilə onun təmsil etdiyi məktəb arasında hər hansı bir əmək münasibətləri mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəllənin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğuna aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş * (bir) aylıq iddia müddətini ötürdükdən sonra məhkəməyi müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Odur ki, əmək və mülki qanunvericiliyin tələbləri nəzərə alınaraq iddia müddətinin ötürülməsinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 84996** saylı əmək kitabçasından görünür ki, İddiaçı 06 yanvar 20*5-ci il tarixdə əmək fəaliyyətinə başlamaqla Cəlilabad rayon Həsənli tam orta məktəbinə gözətçi vəzifəsinə təyin edilmiş və *5 aprel 2025-ci il tarixdə isə Cəlilabad rayon Həsənli tam orta məktəbinin müvafiq əmri ilə işdən azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin *5 oktyabr 2025-ci il tarixli, 3(073)- *26*/2025 saylı qərarı ilə X4 şikayəti təmin edilmiş və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidmətinin X* 05 sentyabr 2025-ci il tarixli MN0030239 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 dekabr 2024-cü il tarixli aktından görünür ki, İddiaçı *0 dekabr 2024-cü il tarixində məktəbin daxili nizamintizam qaydalarını və üzəriynə düşən əmək funksiyasını yerinə yetirmədiyinə görə şifahi xəbərdarlıq edilmiş və bu hallar təkrar olunduğu halda intizam tənbehi veriləcəyi bildirilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *2 dekabr 2024-cü il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı *2 dekabr 2024-cü il tarixdə məktəbin daxili nizam-intizam qaydalarını və üzərinə düşən əmək funksiyasının yerinə yetirməmiş məktəbi iş vaxtının sonunu gözləmədən tərk etmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *6 dekabr 2024-cü il tarixli aktından görünür ki, İddiaçı *6 dekabr 2024-cü il tarixdə məktəbin daxili nizamintizam qaydalarını və üzərinə düşən əmək funksiyasını yerinə yetirmədiyinə görə halda inzitam tənbehi töhmət veriləcəyi bildirilmiş və izahat verilməsi tələb edilmiş, lakin, izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *9 dekabr 2024-cü il tarixli 60 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin gözətçisi İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86.2-ci maddəsinin “a” bəndinə əsasən ona töhmət verilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *4 yanavr 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *4 yanvar 2025-ci il tarixdə məktəbin daxili nizamintizam qaydalarını və üzərinə düşən əmək funksiyasını yerinə yetirmədiyinə görə inzitam tənbehi sonuncu xəbərdarlıq şiddətli töhmət veriləcəyi bildirilmiş və izahat verilməsi tələb edilmiş, lakin, izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *5 yanvar 2025-ci il tarixli 05 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin gözətçisi İddiaçı *9 dekabr 2024-cü il tarixdə verilmiş inzitam tənbehi “töhmət”dən nəticə çıxarmadığı və təkrarən intizam qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86.2-ci maddəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 03 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 03 fevral 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 04 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 04 fevral 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 05 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 05 fevral 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 05 fevral 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı 04-05 fevral 2025-ci il tarixlərdə üzrsüz səbəbdən işə çıxmamışdır. İddiaçı zəng vasitəsi ilə məktəbə dəvət edilmiş, aktla tanış olmuş və aktın bir nüsxəsini imza edərək qəbul etmişdir. Lakin, ondan izahat tələb edilmiş, oxuyub yaza bilmədiyini bildirərək izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 06 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 06 fevral 2025-ci il tarixdə heç bir səbəb bildirmədən bütün iş günündə yerində olmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 07 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 07 fevral 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 07 fevral 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı 06-07 fevral 2025-ci il tarixlərdə üzrsüz səbəbdən işə çıxmamışdır. İddiaçı zəng vasitəsi ilə məktəbə dəvət edilmiş, aktla tanış olmuş və aktın bir nüsxəsini imza edərək qəbul etmişdir. Lakin, ondan izahat tələb edilmiş, oxuyub yaza bilmədiyini bildirərək izahat verməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *0 fevral 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 fevral 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı 03 fevral 2025-ci il tarixdən *0 fevral 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən bütün iş günlərində iş yerinə olmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 fevral 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq məktəbə gəlməsini və Sima imza ilə əmək müqaviləsinin yenilənməli olduğunu və işə gəlməməsi barədə üzrlü səbəb təqdim etdiyi halda əmək haqqının ödəniləcəyi bildirimiş, lakin, İddiaçı məktəbə gəlməyə vaxtının olmadığı və onu heç kimin işdən çıxara bilməyəcəyini bildirmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin *0 fevral 2025-ci il tarixli, 08 nömrəli əmrdən görünür ki, məktəbin gözətçisi İddiaçı 0* fevral 2025-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı nəzərə alınıb, ona həmin tarixdən əmək haqqı ödənilməsin və hər hansı üzrlü səbəb təqdi etdiyi halda əmək haqqı növbəti mart ayının cədvəlidə hesablansın. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin texiniki işlərinin 2025ci ilin fevral ayı üçün davamiyyət tabelindən görünür ki, İddiaçı fevral ayında işə gəlməmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin fevral 2025-ci il yardımcı heyət işçilərinin əmək haqqı hesablaşma cədvəlindən görünür ki, İddiaçı fevral ayı üçün əmək haqqı hesablanmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 28 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 0* fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixə kimi heç bir üzrlü səbəb bildirmədən iş günlərində iş yerində olmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *3 mart 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 0* mart 2025-ci il tarixdən *3 mart 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən iş günlərində iş yerində olmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin *3 mart 2025-ci il tarixli, *0 nömrəli əmrdən görünür ki, məktəbin gözətçisi İddiaçı 0* mart 2025-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı nəzərə alınıb, ona həmin tarixdən əmək haqqı ödənilməsin və hər hansı üzrlü səbəb təqdi etdiyi halda əmək haqqı növbəti aprel ayının cədvəlidə hesablansın. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *9 mart 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 0* mart 2025-ci il tarixdən *9 mart 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən iş günlərində iş yerində olmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin texiniki işlərinin 2025ci ilin mart ayı üçün davamiyyət tabelindən görünür ki, İddiaçı mart ayında işə gəlməmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin mart 2025-ci il yardımcı heyət işçilərinin əmək haqqı hesablaşma cədvəlindən görünür ki, İddiaçı mart ayı üçün əmək haqqı hesablanmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 0* aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 0* aprel 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 02 aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 02 aprel 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbi tərəfindən 02 aprel 2025-ci il tarixdə Həsənli kənd ümumi orta məktəbin həmkarlar təşkilatına ünvanlanmış məktubdan görünür ki, ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməsini məqsədəmüvafiq hesab etmiş və həmkərlar ittifaqı üzvlərinin bu məsələyə münasibət bildirməsini xahiş etmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin X8 *0 aprel 2025-ci il tarixli, 0* nömrəli iclasının protokolunun qərarından görünür ki, Cəlilabad rayonu Həsənli kənd ümumi orta məktəbin direktoru X4 02 aprel 2025-ci il tarixli, 0* nömrəli təqdimatı nəzərə alınmış və həmin məktəbin gözətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 09 aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı 0* aprel 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən bütün iş günlərində iş yerində olmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin 09 aprel 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı ilə telefon əlaqəsi saxlanılmış, məktəbin *0 aprel 2025-ci il tarixdə X8 iclasının keçirələcəyi və həmin iclas iştirak etməsi bildirilmiş, lakin, İddiaçı məktəbə gəlməyəcəyini və iclasda iştirak etməyəcəyini söyləmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *0 aprel 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ** aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ** aprel 2025-ci il tarixdə heç bir səbəb bildirmədən bütün iş günlərində iş yerində olmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *4 aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *4 aprel 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *4 aprel 2025-ci il tarixli ** nömrəli əmrindən görünür ki, məktəbin gözətçisi İddiaçı 0* aprel 2025-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı nəzərə alınıb həmin tarixdən əmək haqqı ödənilməsin. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin texiniki işlərinin 2025ci ilin aprel ayı üçün davamiyyət tabelindən görünür ki, İddiaçı aprel ayında işə gəlməmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin aprel 2025-ci il yardımcı heyət işçilərinin əmək haqqı hesablaşma cədvəlindən görünür ki, İddiaçı aprel ayı üçün əmək haqqı hesablanmamışdır. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin *5 aprel 2025-ci il tarixli, *2 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Sakti oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən *5 aprel 2025-ci il tarixdən xitam verilsin və son haqq hesab hesablanaraq ödənilsin. İşdə olan *5 aprel 2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Lənkəran-Astara regional Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə *5 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İşdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin direktoru X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidmətinin X2 ünvanlanmış 08 avqust 2025-ci il tarixli məktubdan görünür ki, işəgötürən mövcud vəziyyəti, məktəb göztəçisi İddiaçı törətdiyi intizam pozuntularını izah etmiş, bu pozuntulara görə işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verildiyini, lakin texniki yanlışlığa yol verilərək elektron sistemdə xitam əsası kimi 68.2-ci maddənin a) bəndinin göstərildiyini bildirmiş, bu yanlışlığın aradan qaldırılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidməti X3 tərəfindən verilmiş *0 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Cəlilabad rayon Həsənli kənd ümumi tam orta məktəbin işə götürəni 02 aprel 2025-ci il tarixli, 0* nömrəli təqdimatı ilə məktəbin ilk həmkarlar təşkilatına müraciət edərək İddiaçı işə çıxmadığına görə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsini xahiş etmiş və Cəlilabad rayon Həsəmli kənd ümumi tam orta məktəbin X8 *0 aprel 2025-ci il tarixli, 0* nömrəli iclas protokolunun qərari ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin *5 oktyabr 2025-ci il tarixli, 3(073)- *26*/2025 saylı qərarından görünür ki, X4 şikayəti təmin edilərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidmətinin X* 05 sentyabr 2025-ci il tarixli MN0030239 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin *5 dekabr 2025-ci il tarixli, 3(*06)- 70*/2025 saylı qərarından görünür ki, Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X** Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin *5 oktyabr 2025-ci il tarixli, 3(073)-*26*/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, 2025-ci ilin fevral-aprel aylarında Həsənli kənd ümumi orta məktəbinin gözətçisi İddiaçı mütəmadi olaraq iş yerində olmaması, intizam pozuntularına yol verməsi müəyyən edilmiş və bu səbəbdən Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin direktoru X6 tərəfindən verilmiş əmrlə *5 aprel 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı heç bir üzrlü səbəb olmadan üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. İddiaçı işdən azad edildikdən sonra elə həmin gün, yəni *5 aprel 2025-ci il tarixdə işdən çıxması barədə əmri və müvafiq əmək kitabçasını almış, lakin ilkin mediasiya sessiyası ilə bağlı 24 oktyabr 2025-ci il tarixdə ərizə ilə mediasiya təşkilatına və 03 noyabr 2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.*-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinə qarşı Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin, iş materiallarına əlavə edilmiş Masallı * saylı Mediasiya Təşkilatının 24 otkyabr 2025-ci il tarixli, MŞM/MT036/2025-0*030 saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyası üçün ərizə ilə *0 oktyabr 2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi İddiaçı *5 aprel 2025-ci il tarixdə işdən azad olunmuş, *5 aprel 2025cü il tarixdə müvafiq əmək kitabçası ona təqdim olunmuş, əmrin surətini aldıqdan sonra qanunla nəzərdə tutulmuş * ay müddət keçdikdən sonra, yəni 03 noyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Əliyev X7 rayonu Həsənli kənd ümumi tam orta məktəbinin gözətçisi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinə qarşı Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinə qarşı Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3398/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3398/2025
18.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver