Məhkəmə qərarları › İş №2(073)-34/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-34/2025

16.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-34/2025 16.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin 06 iyun 2023-cü il tarixli, **********13 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Ocaqlı kəndində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,0852 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 2,05 ha hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun ailə üzvlərinə məxsus 2,05 ha pay torpaq sahəsindən çıxarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, o, özünə və ailə üzvlərinə məxsus 2,05 ha pay torpaq sahəsini Cəlilabad rayonu Ocaqlı kənd sakini X2 2000 manat müqabilində etibarnamə əsasında icarəyə vermişdir. Zərifə Quliyeva vəfat etdikdən sonra etibarnamə öz qüvvəsini itirmişdir. Ailə üzvlərinin istəyi ilə etibarnaməni ləğv etdirmişdir. Bu barədə də Zərifə Quliyevanın ailə üzvlərinə qabaqcadan məlumat vermişdir. X3 yəni Cavabdeh həmin torpaq sahəsini əkməməyi tələb etməsinə baxmayaraq, cavabdeh ona əhəməyyət verməmişdir. O, cavabdehdən dəfələrlə torpaq sahəsini əkməməyi və qaytarmasını tələb etsə də, nəticəsi olmamışdır. O, mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını istəyir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********13 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Ocaqlı kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,0852 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 06 iyun 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli, 10/3894 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 19 may 2025-ci il tarixli, 3-21-3-44/2-3619/2025 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində İddiaçı tələb etdiyi torpaq sahəsi, **********13 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrndən Çıxarış B № 010465 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən Topraq elektron kadastr və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,0852 ha (faktiki vəziyyətə görə islahat 2,07) kənd təsərrüfatı təyinatlı torpaq sahəsin olduğu müəyyən edilmiş, həmin torpaq sahəsinin 2,06 hektaradək hissəsi Cavabdeh faktiki istifadəsində olan 4,53 ha torpaq sahəsinin hüdudları daxilində qalan 0,1 hektaradək hissəsinin isə cavabdeh faktiki istifadə etdiyi ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudlarından kənarda istifadə edilməyən ərazidə yerləşdiyi müəyyənləşdirilmiş, mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torapq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yer quruluşu planında göstərilmiş, cavabdehin istifadəsində olan mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində heç bir tikinti işlərinin aparılmadığı, əkin kimi istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, **********13 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Ocaqlı kəndində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 2,0852 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh iddiaçıya məxsus 2,0852 ha torpaq sahəsinin 2,05 hektaradək hissəsini zəbt etmişdir. İddiaçı dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin 06 iyun 2023-cü il tarixli, **********13 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Ocaqlı kəndində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,0852 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, **********13 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Ocaqlı kəndində İddiaçı və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 2,0852 ha kənd təsərrüfatlı torpaq sahəsinin 2,05 ha hissəsindən çıxarılmalı və 2,05 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, **********13 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Ocaqlı kəndində İddiaçı və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 2,0852 ha kənd təsərrüfatlı torpaq sahəsinin 2,05 ha hissəsindən çıxarılsın və 2,05 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar