Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-343/2023 01.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X7 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X6 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Məşədihüseynli kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. X13 ilə ailə qurmuş və onların birgə nikahından X10 22 fevral 1994-cü ildə doğulmuşdur. Lakin oğlu X10 müəmmalı səbəbdən 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində yaşadığı evin yaxınlığındakı dərədə olan ağacdan pres ipi ilə özünü asaraq intihar etmiş və həmin kənd məzarlığında dəfn edilmişdir. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün oğlunun ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də oğlunun ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, ərizəçi X7 onunla həmkəndli olmaqla qonşuluqda yaşayırlar. X3 isə Rafiq Tarverdiyevin oğludur. X12 rayonu Məşədihüseynli kəndində doğulmuşdur. X4 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində yaşadığı evin yaxınlığındakı dərədə olan ağacdan pres ipi ilə özünü asaraq intihar etmiş və həmin kənd məzarlığında dəfn edilmişdir. Həmkəndli kimi onun yas mərasimində iştirak etmişdir. O, X2 06 oktyabr 2022-ci ildə Cəlilabad rayonu Məşədihüseynli kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, ərizəçi X7 onun əmisidir. X3 isə onun əmisi oğludur. Cavid Tarverdiyev 22 fevral 1994-cü ildə Cəlilabad rayonu Məşədihüseynli kəndində doğulmuşdur. X4 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində yaşadığı evin yaxınlığındakı dərədə olan ağacdan pres ipi ilə özünü asaraq intihar etmiş və həmin kənd məzarlığında dəfn edilmişdir. O, təsdiq edir ki, X3 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Məşədihüseynli kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 22 fevral 1994-cü ildə doğulmuşdur. İş materialında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Cəlilabad rayon prokurorluğunun 16 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, 06 oktyabr 2022-ci il tarixdə saat 15-25-də Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna Cəlilabad rayonu Məşədihüseynli kənd sakini 1994-cü il təvəllüdlü X6 yaşadığı evin yaxınlığındakı dərədə olan ağacdan pres ipi ilə özünü asaraq intihar etməsi barədə məlumat əsasında araşdırma başlanılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, X6 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi X5 oğlu X10 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində vəfat etmişdir. X2 vəfatından sonra Biləsuvar şəhərində dəfn edilmişdir. Sonradan ərizəçi oğlu Cavidin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X6 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 22 fevral 1994-cü ildə doğulmuş X6 06 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Məşədihüseynli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-343/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-343/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver