Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3435/2025 07.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və sair" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və sair" tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edildiyindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Belə ki, iddia ərizəsində yazılanlarla iddiaçı iddia tələbini tam və aydın qeyd etməmiş, iddia ərizənin məzmunundan iddiaçının nəyi tələb etdiyini aydınlaşdırmaq mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ərizədə qeyd edilən nöqsan aradan qaldırıldaqdan sonra iddiaçıya ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və sair" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. 03 noyabr 2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-3435/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3435/2025
07.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver