Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-345/2023 03.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 10 iyul 1997-ci ildə Cəlilabad rayonu Təzəkənd kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, qardaşı X8 10 dekabr 1975-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuş və vəfat etdiyi günə qədər həmin kənddə ailəlikcə birlikdə yaşamışlar. 10 iyul 1997-ci il tarixdə qardaşı Elman Quliyev vəfat etmiş və yaşadıqları Cəlilabad rayonunun Təzəkənd kəndinin məzarlığında dəfn edilmişdir. Dəfndən sonra mərhum qardaşına kənd camaatının iştirakı ilə hüzür məclisləri keçirmişlər və məzar daşı da qoymuşlar. Lakin qardaşının ölümünü təsdiq edən həkim arayışı və digər lazımi sənədlərin olmaması səbəbindən ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər. Hazırda o, ölən qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Cəlilabad rayon Qeydiyyat şöbəsinə müracət etmiş, lakin həmin şöbədən ona tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığından ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. X14 də Ərizəçi qardaşı olmaqla yanaşı, onun həmkəndlisi olmuşdur. X8 10 dekabr 1975-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. X14 uzun müddət ağ ciyər xəstəsi olmuş və nəhayət 10 iyul 1997-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra, elə həmin günü X11 rayonu Təzəkənd kəndinin məzarlığında dəfn edilmişdir. O, X3 10 iyul 1997-ci il tarixdə Təzəkənd kəndində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. X14 də Ərizəçi qardaşıdır. X8 10 dekabr 1975-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. X14 10 iyul 1997-ci il tarixdə ağ ciyər xəstəliyindən vəfat etmiş və vəfatından sonra, elə həmin günü Cəlilabad rayonu Təzəkənd kəndinin məzarlığında dəfn edilmişdir. O, təsdiq edir ki, X8 10 iyul 1997-ci il tarixdə Təzəkənd kəndində ölmüşdür. İşdə olan İİİ-JQ 479277 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 dekabr 1975-ci il tarixdə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur, atası X5, anası isə X1r. İşdə olan 08 dekabr 2022-ci il tarixdə 5 nəfər şəxsdən ibarət tərkibdə tərtib edilmiş və Cəlilabad rayon İHB-nın Təzəkənd kənd İƏDÜN tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Təzəkənd kənd sakini X2 ailə üzvü olmuş, 10 dekabr 1975-ci il tarixdə Təzəkənd kəndində doğulmuş X8 10 iyul 1997-ci il tarixdə uzun sürən ağ ciyər xəstəliyindən vəfat etmiş və həmin tarixdə dəfn edilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi qardaşı X8 10 dekabr 1975ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. 10 iyul 1997-ci il tarixdə Cəlilabad rayonunun Təzəkənd kəndində ölmüş və həmin kəndin məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi qardaşı Elman Quliyevin ölüm akt qeydinin aparılması üçün Cəlilabad rayon Qeydiyyat şöbəsinə müracət etmiş, lakin həmin şöbədən ona X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X3 10 iyul 1997-ci ildə Cəlilabad rayonu Təzəkənd kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 10 dekabr 1975-ci ildə doğulmuş X3 10 iyul 1997-ci ildə Cəlilabad rayonu Təzəkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-345/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-345/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver