Məhkəmə qərarları › İş №2(073)-3506/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3506/2025

21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3506/2025 21.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 17 avqust 2025ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası Arifə 07 iyul 1933-cü il tarixdə doğulmuş və ürək çatışmamazlığı xəstəliyi ilə bağlı 17 avqust 2025-ci il tarixdə vəfat etmişdir. Anası Arifənin meyitini həmin gün yaşadıqları Cəlilabad rayonu qəbiristanlığında dəfn etmişlər. Lakin səhlənkar davrandıqlarına görə anası Arifənin ölüm faktını təsdiqləyən hər hansısa sənəd almamışlar. Hazırda müəyyən sənəd işləri ilə əlaqədar olaraq ona anası X3 ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. Buna görə də anasının ölüm akt qeydinin aparılması üçün əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin anasının ölümü ilə bağlı Cəlilabad MRX-da heç bir məlumat olmadığı üçün tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Daha sonra o, Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxsndə ona bildirmişlər ki, anasının ölümünü qeydə almaq üçün tibbi şəhadətnamə lazımdır. Tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Ərizəçi də mərhum anası X4 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə əldə edə bilmədiyi üçün ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 17 avqust 2025-ci il tarixdə ölməsi faktını şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən məzmunda izahat verib, sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin almağın zəruri olduğunu bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur; - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1933-cü il tarixdə anadan olmuşdur; - “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-32/2-C-463-42-186/2025 nömrəli arayışdan görünür ki, Cəlilabad rayon sakini X3 xx.xx.2025-ci tarixdə ölümü ilə bağlı Cəlilabad RMX-də heç bir məlumat aşkar olunmamışdır; - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 12/2033 nömrəli arayışından görünür ki, X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin və digər hüquq müəyyənedici sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır; - Qəbirüstü abidənin fotoşəklindən görünür ki, üzərində “X5 xx.xx.1933-xx.xx.2025" yazısı əks olunmuşdur; - 12.11.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırılması ilə əlaqədar 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısıdır, mərhum anaları xx.xx.2025-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmiş, həmin vaxtı başları yas mərasiminə qarışdığı üçün ölüm faktının qeydə alınması üçün müvafiq orqana müraciət etməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır, anaları vəfat edərkən o da orada olmuş, mərhumun ölümü anidən baş vermiş, onu Cəlilabad rayon qəbiristanlığında dəfn etmişlər. Dəfndə iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi mərhum Arifə Cəfərovanın qızıdır. X2 17 avqust 2025-ci il tarixində vəfat etmişdir. Mərhumun ölməsi faktını təsdiq edən ölüm haqqında şəhadətnamənin olmaması ərizəçini müəyyən sənədləşmə işlərinin həyata keçirilməsinə maneəçilik törətmişdir. Daha sonra ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X5 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07 iyul 1933cü il təvəllüdlü X3 17 avqust 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 iyul 1933-cü il təvəllüdlü X3 17 avqust 2025-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar