Məhkəmə qərarları › İş №2(073)-3565/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3565/2025

22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3565/2025 22.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qıznın katibliyi ilə, Ərizəçi Şabı oğlunun iştirakı ilə, Ərizəçi Şabı oğlunun Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Şabı oğlu ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 12 mart 1988-ci ildə Cəlilabd şəhəri H.Asalanov küçəsi ev 23 ünvanında vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən o (ərizəçi), ünvan 1 ünvanında yaşayır. Şahid1 ilə ailəlidir. Birgə nikahlarından beş uşaqları doğulmuşdur. xx.xx.1986-cı ildə doğulmuş qızı X2 12 mart 1988-ci ildəüç yaşında yaşadıqları evdə xəstəlik səbəbindən vəfat etmişdir. Həmin vaxt başları yas mərasiminə qarışdığından qızının ölməsi barədə müvafiq orqana məlumat verməmiş və bu səbəbdən də ölüm akt qeydi aparılmamışdır. Hazırda ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun ölümünü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Hazırda vərəsəlik işləri ilə əlaqədar qızının ölüm faktının müəyyən olunmasının zərurəti yaranmışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, qızının ölüm gününü dəqiq xatırlamaya bilər, hesab edir ki, uşaq 1 yaş 3 aylıq olanda ölmüşdür. Şəhər qəbiristanlığında dəfn edilib, lakin körpə uşaq olduğu üçün baş daşı qoymayıblar. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun yoldaşıdır. Elnurə adlı uşaqları doğulanda xəstə olmuşdur. 1 yaş üç aylıq olanda vəfat etmiş, rayon qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynıdır, yəni ərinin qardaşıdır. O, nişanlı olan vaxt qaynının 3-cü uşağı olan Elnurə adlı uşaq xəstəlikdən vəfat etmişdir, şəhər qəbristanlığında dəfn edilib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynıdır, yəni ərinin qardaşıdır. O, yoldaşı ilə nişanlı olan vaxt qaynının qızı 1 yaş iki-üç aylıq olanda xəstəlikdən vəfat etmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.1986-ci ildə doğulmuşdur, atası Ərizəçi Şabı oğlu, anası Şahid1dır. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Şabı oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1986-cı ildə doğulmuş X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X4 X6 rayon X3 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1986-cı ildə doğulmuş X1 12 mart 1988ci ildə ölümü ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat aşkar edilməmişdir. Ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qızı X2 12 mart 1988ci ildə Cəlilabad şəhərində ölmüşdür. Həmin vaxt ərizəçi qızına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə qızının ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək X1 12 mart 1988-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 12 mart 1988-ci ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar