Məhkəmə qərarları › İş №2(073)-360/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-360/2023

29.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-360/2023 29.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cəlilabad rayon X7 Hüquqi Şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad Rayon Mərkəzi X1rşı 26 sentyabr 2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad Rayon Mərkəzi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon X7 Hüquqi Şəxsin 26 sentyabr 2022-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayon X7 X14 xidmətləri söbəsinin Təhlükəsizlik bölməsinin mühafizəçisi bölümündə çalışmışdır. Lakin Cəlilabad rayon X7 Hüquqi Şəxsin direktoru Elnur Azadxanovun təkidi və təzyiqi ilə xx.xx.2022-ci ildə ona intizam tənbehinin verilməsi haqqında 85 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq sifarişli Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin müdiri Faiq Qurbanov tərəfindən xx.xx.2022-ci il tarixli təqdimatı əsasında töhmət verilmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə yoldaşı X8 Cəlilabad rayon Mərkəzi Xəstəxanasının direktoru X5 məhkəməsində çəkişməli olduqları an və məhkəmənin qərar verildiyi gün və saatda, tanımadığı Cəlilabad rayon sakini Aliyə Rzayeva adlı şəxsin onun barəsində rüşvətlə bağlı etdiyi şikayət, onun haqsız şərlənərək işdən qanunsuz çıxarılmasının sübutudur. O, işlədiyi müddət ərzində müqavilənin şərtlərinə əməl etmiş, işə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin cavabdeh ondan qisas almaq məqsədi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Cəlilabad rayon X3 İttifaqı rayon şurasının xx.xx.2022-ci il tarixli 9 saylı protokola əsasən xx.xx.2022-ci il tarixli 1598-k saylı əmri ilə onu rüşvət və işə gəlməməklə şərləyərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” hissəsinə əsasən işdən kənarlaşdırılmasının bir daha qərəzli olduğunu göstərmişdir. Cavabdeh ona əmr verərkən 2022-ci illə 2021-ci ili səf salmış və tələsik halda saxta qərar vermişdir. Bu səbəbdən cavabdeh ona 3 aylıq maddi ziyan ödəməlidir. O, həmin əmri əsassız və qanunsuz hesab edir. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq Cəlilabad rayon X7 Hüquqi Şəxsin 26 sentyabr 2022-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon X7 Hüquqi Şəxsinin nümayəndəsi X10 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı Əhmədova X2 RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində işləmişdir. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq heç bir üzrlü səbəb olmadan müxtəlif taixlərdə işə çıxmadığı üçün Cəlilabad rayon X7 Hüquqi Şəxsin direktoru Elnur Azadxanov tərəfindən onun işdən azad olunması barədə əmr verilmişdir. O, həmin əmri qanuni və əsaslı hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon X7 X6 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı 12 sentyabr 2022-ci il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayon X7 X6 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı 13 sentyabr 2022-ci il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayon X7 X6 bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı 14 sentyabr 2022-ci il tarixdə işdə olmamışdır. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işdə olmadığına görə 15 sentyabr 2022-ci il tarixdə izahat yazmalı olduğu bildirilsə də, o, izahat yazmaqdan imtina etmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə izahat yazmalı olduğu bildirilsə də, o, izahat yazmaqdan imtina etmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə tibbi şuranın iclasına dəvət edilsə də iştirak etməkdən imtina etmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxs tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə ona verilmiş töhmət əmrini götürsə də, surətinə imza atmaqdan imtina etmişdir. İşdə olan Cəlilabad Rayon X7 X6 xidmətinin bölmə müdiri Faiq Qurbanov tərəfindən Cəlilabad Rayon X7 Hüquqi Şəxsin direktoru Elnur Azadxanova ünvanlanmış 19 iyul 2022-ci il tarixli təqdimatdan görünür ki, Təhlükəsizlik xidmətinin əməkdaşı İddiaçı işdə dəfələrlə ciddi nöqsanlara yol vermiş, bölmə müdirinin verdiyi tapşırıqları vaxtında yerinə yetirməmiş, dəfələrlə təyin edilmiş xidmət yerinə getməkdən imtina etmiş, dəfələrlə işə gecikmiş və bir vətəndaşdan pul alaraq ona sənəd düzəltmişdir. Yol verdiyi nöqsanlara görə İddiaçı barəsində ciddi tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Cəlilabad Rayon X7 X6 xidmətinin bölmə müdiri Faiq Qurbanov tərəfindən Cəlilabad Rayon X7 Hüquqi Şəxsin direktoru Elnur Azadxanova ünvanlanmış 29 iyul 2022-ci il tarixli təqdimatdan görünür ki, Təhlükəsizlik xidmətinin əməkdaşı İddiaçı dəfələrlə verilən tapşırıqları yerinə yetirməmiş, mütamadi olaraq işə gecikmişdir. Bölmə müdiri tərəfindən xidmətə təyin olunmuş, İddiaçı isə xidmət ərzində xidmət etməkdən imtina etmiş və bölmə müdirinə tabeçilik göstərməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq İddiaçı barəsində ciddi tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Cəlilabad rayon X7 X12 İttifaqı Komitəsinin 24 sentyabr 2022-ci il tarixli 9 saylı protokolundan çıxarışdan görünür ki, 5 nəfər şura üzvlərinin iştirakı ilə gündəlik məsələnin “Əmək intizamının ciddi şəkildə pozulması və vəzifədən sui istifadə (öz məqsədi üçün) halları ilə əlaqədar” keçirilmiş iclasda, Təhlükəsizlik bölməsinin mühafizəçi İddiaçı etdiyi hərəkətlər vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsinə etiraz edilməmsi qərara alınmış, Cəlilabad RMX PHŞ-nin direktoru Elnur Azadxanovdan qərarın icrasının təmin edilməsi xahiş olunmuşdur. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxsinin 19 iyul 2022-ci il tarixli, 85 saylı əmrindən görünür ki, Cəlilabad Rayon X7 X14 xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi ilə İddiaçı dəfələrlə işində yol verdiyi nöqsanları, işə vaxtında gəlmədiyini, verilən tapşırıqları vaxtında icra etmədiyini o cümlədən Cəlilabad rayon sakini Rzayeva Aliyə adlı vətəndaşdan rüşvət aldığı haqqında şikayət ərizəsini nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. İşdə olan Cəlilabad rayon X7 Hüquqi Şəxsinin 26 sentyabr 2022-ci il tarixli, 1598 saylı əmrindən görünür ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsində mühafizəçi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç”- hissəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı heç bir üzrlü səbəb olmadan 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi işə çıxmamış, rəhbərlik tərəfindən verilmiş əmrlərə tabe olmamış, həmçinin rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və lazımınca icra etməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bunun nəticəsi olaraq Cəlilabad rayon X7 Hüquqi Şəxsinin 26 sentyabr 2022-ci il tarixli, 1598 saylı əmri ilə İddiaçı 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi işə çıxmadığı üçün və rəhbərlik tərəfindən verilmiş əmrlərə tabe olmadığına görə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsindən azad edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Göründüyü kimi İddiaçı 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi üzürsüz olaraq işə çıxmaması, rəhbərlik tərəfindən verilmiş əmrlərə tabe olmaması, həmçinin rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və lazımınca icra etməməsi səbəbindən iddia əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Əhmədova X2 RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Yuxarıda qeyd olunan Əmək qanunvericiliyinin normalarının şərhindən də göründüyü kimi iddiaçının hərəkətlərində Əmək qanunvericiliyinin normalarında göstərilən həmin hallar mövcud olduğu üçün iddiaçı haqlı olaraq vəzifəsindən kənardaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayon Mərkəzi X1rşı 26 sentyabr 2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdeh Cəlilabad rayon Mərkəzi X1rşı 26 sentyabr 2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar