Məhkəmə qərarları › İş №2(073)-365/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-365/2023

14.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-365/2023 14.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X9, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı cavabdehin onun mülkiyyətində olan 0,8578 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt olunmuş torpaq sahəsinin qanunsuz sahiblikdən cavabdehin öz hesabına geri alınması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək cavabdehin öz hesabına təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşidir. İddiaçı X1 nümayəndəsi və vəkili X11 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı X1 mülkiyyətində olan 0,8578 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili X11 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Danışmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il taraxli çıxarış əsasında iddiaçı X1 mülkiyyətinə 0.8578 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair AN:833354 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən kordinatlar daxilində olan 0.8578 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən iddiaçı Oktay Əlihüseynov uzun illərdir ki, istifadə edə bilmir. Cavabdeh həmin torpaq sahəsinin iddiaçı Oktay Əlihüseynova məxsus olduğunu bilərək, qeyri-qanuni olaraq zəbt etmiş və həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Cavabdeh iddiaçıya məxsus həmin torpaq sahəsini zəbt etməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Hətta cavabdeh zəbt etdiyi torpaq sahəsini özü istifadə etməklə yanaşı, həmin torpaq sahəsini başqa şəxslərə əkib becəriməsi üçün icarəyə verir və həmin torpaq sahəsində hər il kartof məhsulu əkilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsini özbaşına zəbt etdiyindən həmi torpaq sahəsinə çəkdiyi xərclər ona ödənilmədən, torpaq sahəsini əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxarılmalıdır. Hazırda cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam edir və bununla da iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulur. İddiaçı dəfələrlə cavabdehdən zəbt edtiyi torpaq sahəsini tərk etməsini bildirmiş, lakin nəticəsi olmamışdır. Ona görə də iddiaçı məcbur qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7017 saylı ekspert rəyini nəzərə alıb, Cavabdeh iddiaçının mülkiyyətində olan 0,8578 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Maşlıq kəndində onun və ailə üzvlərinin mülkiyyətində torpaq sahəsi vardır və o, öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edir. İddiaçının torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddianı əsassız hesab edir və bu səbəbdən də təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Torpağa mülkiyyət hüququna dair JN-375 KOD 80617018 saylı Dövlət aktından görünür ki, Cəlilabad rayonu Svetlaya Zarya (Muğan) kəndində X2 və onun ailə üzvlərinin mülkiyyətinə 0,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Muğan kəndində X1 xüsusi mülkiyyətində verilmiş 0,8578 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17 oktyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-785 KOD 80617048 saylı Dövlət aktından görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində X10 və onun ailə üzvlərinin mülkiyyətinə 0,62 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-786 KOD 80617048 saylı Dövlət aktından görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə 0,55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-787 KOD 80617048 saylı Dövlət aktından görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində X6 və onun ailə üzvlərinin mülkiyyətinə 0,81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində X10 xüsusi mülkiyyətində verilmiş 0,2185 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30 iyun 2016cı il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7017 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4386/2023 saylı mütəxəssis rəyinə əsasən, **********50 reyestr nömrəli çıxarışla X1 mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-375 nömrəli Dövlət aktı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. X1 tələb etdiyi torpaq sahəsinin TEKUİS xəritəsinə əsasən JN-375 nömrəli Dövlət aktı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4386/2023 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin JN-785 nömrəli Dövlət aktı ilə X10 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi, JN-786 nömrəli Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,55 ha torpaq sahəsi, JN- 787 nömrəli Dövlət aktı ilə X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,81 ha torpaq sahəsi və digər mülkiyyətçilərin torpaq sahəsi olduğu müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-44/2-4386/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-375 nömrəli Dövlət aktı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsinin 0,2772 hektar hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 4386/2023 saylı mütəxəssis rəyinə əsasən, **********50 reyestr nömrəli çıxarış ilə X1 xüsusi mülkiyyətinə verilmiş 0,8578 ha torpaq sahəsinin 0,2772 hektar hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4386/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-375 nömrəli Dövlət aktı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,86 ha torpaq sahəsi, JN-785 nömrəli Dövlət aktı ilə X10 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi, JN-786 nömrəli Dövlət aktı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,55 ha torpaq sahəsi və JN-787 nömrəli Dövlət aktı ilə X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri olan fərqlilik faktiki vəziyyətlə Kompleks yerquruluşu layihəsi arasında olan uyğunsuzluqdan ibarətdir. Mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi torpaq sahələrində hər hansı tikinti və əkin işlərinin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı X1 mülkiyyətinə Cəlilabad rayonu Maşlıq kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,8578 hektar torpaq sahəsi verilmişdir. Lakin iddiaçı X1 tələb etdiyi həmin torpaq sahəsinin 0,2772 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilməklə, faktiki istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X5 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,8578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2772 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 95 manat alınaraq iddiaçı X3 verilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X3 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərfindən verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş 0,8578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2772 ha hissəsindən çıxarılsın və həmin torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının kemirilməsinə görə Cavabdeh 95 (doxsan beş) manat alınaraq iddiaçı X3 verilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar