Məhkəmə qərarları › İş №2(073)-3654/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3654/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3654/2025 19.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunazidd hərəkətlərinin dayandırılması, son 15 ildə vəsaiti hesabına çəkilən qaz boru xətlərindən istifadəyə görə icarə haqqının, həmin ümumi uzunluğu 400 metr olan, 50 düyümlük Rusiya istehsalı dəmir qaz boru xətlərinin ümumi dəyərinin, həmin boru xətlərinin montaj edilməsinə çəkilən usta və fəhlə xərclərinin, yük daşıma xərclərinin, qaynaq xərclərinin və başqa xərclərin, habelə qaz sayqacına görə ödənilmiş 263 manat məbləğində pulun əvəzinin Cavabdehndən tutularaq ona ödənilməsi və küçəyə qaz verilişinin cavabdehin hesabına təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. Cavabdeh nümayəndəsi X1 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, İddiaçı iddia ərizəsində cavabdeh kimi Cavabdeh İB-nin göstərsə də, ünvanı Lənkəran rayonu, Şəhdilər Xiyabanı 169 qeyd etmişdir. Lakin, Cavabdeh İB-nin hüquqi ünvanı ünvan 2idiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də iddianın baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə baxılmasından ötrü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan məhkəmə bildirişlərindən görünür ki, Cavabdeh hüquqi ünvanı ünvan 3kası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh İstehsalat Birlirinə qarşı pul tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair 2(073)-3654/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar