Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-370/2023 28.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1975-ci il tarixdə Qərbi Azərbaycanın Sisyan rayonunun Ağdü kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, xx xxxx 1975-ci il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Ağdü kəndində anadan olmuşdur. X5, anası isə X8r. Hazırda ailəlidir və Cəlilabad rayon Təzəkənd kəndində ailə üzvləri ilə birlikdə yaşayırlar. 1988-ci il hadisələrindən sonra köçkün kimi hazırda Cəlilabad rayon Təzəkənd kəndində məskunlaşmışdır. Bəzi sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnamə lazım olduğundan Maraqlı şəxsnə müraciət edərək doğum haqqında şəhadətnaməni itirdiyini və buna görə də doğum aktı qeydi barədə arayış verilməsini xahiş etmişdir. Lakin onun ümumiyyətlə doğum haqqında akt qeydi aparılmadığı məlum olmuşdur. İcra nümayəndəliyi tərəfindən verilmiş arayışla onun xx xxxx 1975-ci il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunda anadan olması qeyd olunmuş və eyni zaman bu fakt hərbi biletində də öz təsdiqini tapır. O, doğum akt qeydinin bərpa olunması üçün təkrar Maraqlı şəxsnə müraciət etmişdir. Ona bildirmişlər ki, doğum akt qeydi aparılmadığı məhkəməyə müraciət etməlidir. O, xx xxxx 1975-ci il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Ağdü kəndində doğulmasını şahidlər də təsdiq edə bilərlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi, xx xxxx 1975-ci il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Ağdü kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə bayxamayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İ-ZJ 036516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 iyun 1953-cü il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Norovan kəndində anadan olmuşdur. İşdə olan İ-ZJ 359693 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X11 nikahlarını 06 sentyabr 1973-cü il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Aqudi kəndində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 saylı qeydiyyat aparılmaqla, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan AZ-İ 914183 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 yanvar 2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşdə olan Cəlilabad RİHB-nın Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Ərizəçi 09 saylı təsərrüfat başına kitabın 11-ci səhifəsinə əsasən xx xxxx 1975-ci il tarixdə anadan olmuş, X5, anası X8r. İşdə olan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxx 1975-ci il təvəllüdlü X9 18 aprel 2002-ci il tarixdə Bakı şəhər Nəsimi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 19 oktyabr 2003-cü il tarixdə hərbi xidmətdən təxris olunmaqla Nəsimi rayon hərbi komissarlığına göndərilmişdir. İşdə olan Cəlilabad RİHB-nın Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, 203 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Ağdü kəndində anadan olmuşdur. 1988-ci ildə məlum hadisələr zamanı Şamaxı rayonunun Meysəri kəndinə gəlmişlər. 2 ildən sonra Bakı şəhəri Nəsimi rayonunda məskunlaşmışlar. 1991-ci ildə Hadrud rayonunun Banadur kəndinə köçürülmüşlər. 1993-cü ilin may ayında Fizuli rayonunun Alxanlı kəndinə köçürülmüşlər. Təqribən yarım ildən sonra təkrar Bakı şəhəri Binəqədi rayonuna köçürülmüşlər. Ərizəçi 2005-ci ilədək həmin ərazidə yaşamış və qeyri-dövlət sektorlarında muzdlu əməklə məşğul olmuşdur. 1999-cu il tarixdə xx.xx.1977ci il təvəllüdlü Cəlilabad rayon Təzəkənd kənd sakini X4 ilə qeyri rəsmi olaraq ailə qurmuşdur. 2002-ci ilin aprel ayında Bakı şəhər Nəsimi rayon hərbi komisarlığından hərbi xidmətə göndərilmiş və 2003-cü ilin oktyabr ayında təxris olunmuşdur. Hərbi bileti həmin ərazidə qeydiyyata alınmamış, hal-hazıradək qeydiyyatsızdır. 2005-ci ildə ailəsi ilə birlikdə Təzəkənd kəndində müvəqqəti məskunlaşmışdır. Bir müddətdən sonra işlə bağlı Bakı şəhərinin müəyyən ərazilərində müvəqqəti məskunlaşmışdır. Təzəkənd kəndinə qohumları ilə görüşmək üçün gəldikdə bir neçə gün müddətinə qaynatası X3 evində müvəqqəti yaşamışlar. 2022-ci ilin sonlarına yaxın həyat yoldaşı X1 adına atası tərəfindən Təzəkənd kəndi ərazisində alınmış 0,12 ha həyətyanı torpaq üzərində olan damxada məskunlaşmışlar. Hal-hazırda Cəfərov X6 rayon Təzəkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Vətəndaşın 2022-ci ilin dekabr ayının 5-dən Təzəkənd kəndində ailəsi ilə birlikdə daimi yaşamaqdan ötəri müvafiq sənədləşmə işlərinin aparılması üçün uyğun sənədləri yoxdur. Bildirdiyinə görə köçürülmə zamanı sənədləri itirilmişdir. Ərizəçi şəxsiyyət vəsiqəsinin alınmasından və Cəlilabad rayon Təzəkənd kəndində daimi yaşayış qeydiyyatına alınmasından ötəri Təzəkənd kənd Ə.N.-ə şifahi olaraq müraciət etmişdir. Bundan ötəri nümayəndəlikdən tələb olunan sənədlərin hazırlanmasına köməklik eilməsinə nümayəndəlik olaraq hazırdırlar. Hal-hazırda Ərizəçi nümayəndəliyin 9 saylı təsərrüfatbaşına kitabının 577 saylı təsərrüfat başçısı X2 məxsus təsərrüfatda qeydiyyata alınmışdır. (Əsas: Arayış Ərizəçi ifadəsinə əsasən tərtib olunmuşdur.) İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X5, anası X12 olmaqla Ərizəçi xx xxxx 1975-ci ildə Sisyan rayonunun Ağdü kəndində doğulmuşdur. Ərizəçi doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə Ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxx 1975ci ildə xx xxxx 1975-ci il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Ağdü kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Ağdü kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-370/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-370/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver