Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-373/2023 09.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi X4, Qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması ilk iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0.12 ha pay torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia verərək, ilk iddianın rədd olunmasına və sözügedən torpaq sahəsindən ötrü 1993-cü ildə X11 verdiyi 12000 (on iki min) manat pulun torpaq sahəsi geri qaytarıldığı təqdirdə alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, ilk iddanı müdafiə etmiş və qarşılıqlı iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə ona (iddiaçıya) və digər ailə üzvləri X11, X12 və X5 Cəlilabad rayonunun Muğan (keçmiş Svetlaya Zarya) kəndinin ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onun (iddiaçının) və digər mülkiyyətçilərin adına JN 246A saylı (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib verilmişdir. 2000-ci ildə ailə üzvləri ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmişlər. Həmin vaxt qohumu və qonşusu olan Cavabdeh torpaq sahəsi sahibsiz qalmaması üçün onlar qayıdıb gələnədək, istifadə etmək üçün həmin torpaq sahəsini ona (Cavabdeh) vermələrini xahiş etmişdir. Cavabdeh yaxın qohumları olduğundan valideynləri torpaq sahəsini müvəqqəti istifadə etmək üçün ona verməyə razı olmuşlar. Bu səbəbdən ailə üzvləri ilə birlikdə 2000-ci ildə Rusiya Federasiyasına gedən zaman həmin torpaq sahəsini müvəqqəti istifadə etmək üçün Cavabdeh vermişlər. Uzun müddət Rusiya Federasiyasında yaşadıqdan və işlədikdən sonra ailə üzvləri ilə birlikdə 2019-cu ildə Rusiya Federasiyasından Cəlilabad rayonunun Muğan kəndində qayıtmışlar. Qayıtdıqdan bir müddət sonra Cavabdeh torpaq sahəsini qaytarmasını istəmişlər, lakin Cavabdeh həmin torpaq sahəsini atası (ilk iddiaçının) Ələkbər Dövlətovdan satın aldığını bildirərək torpaq sahəsindən çıxmaqdan və onu qaytarmaqdan imtina etmişdir. Dəfələrlə tələb etmələrinə baxmayaraq Cavabdeh onların haqlı tələbini yerinə yetirməmişdir. Buna görə də hazarkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ilə atası Ələkbər Dövlətov arasında torpaq sahəsinə dair heç bir razılaşma və alqı-satqı olmamışdır. Cavabdeh onun (ilk iddiaçının) və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini qaytarmamaq üçün əsassız olaraq hazırkı qarşılıqlı iddanı vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilərək, JN 246A saylı şəhadətnaməyə əsasən ona (iddiaçıya) və ailə üzvlərinə məxsus Cəlilabad rayonunun Muğan kəndində yerləşən 0.12 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına, torpaq sahəsinin ona (iddiaçıya) təhvil verilməsinə və qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X1 Əfqan Ələkbər oğlunun izahatına uyğun izahat verərək, ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun qaynının oğludur. Mübahisəli torpaq sahəsi iddiaçıya deyil onun (iddiaçının) atası Ələkbər Dövlətova aid olmuşdur. 1993-cü ildə qaynı, həyat yoldaşı (cavabdehin) Mədinənin qardaşı Ələkbər mərhum qaynatası (cavabdehin) Yusubun evinə gəlib Söyüdlü kəndində rus millətindən olan qonşusunun evini satıb getmək istədiyini ona bildirmiş və pul lazım olduğundan Cəlilabad rayonunun Muğan kəndində yerləşən 0.12 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsi onun (cavabdehin) torpaq sahəsinə bitişik olduğundan torpaq sahəsni almaq qərarına gəlmiş və şəxsi təsərrüfatında olan 60 baş qoyunu, 2 baş inəyi satıb həyat yoldaşı (cavabdehin) Mədinənin, qaynı arvadı Səbirənin, həyat yoldaşı (cavabdehin) Mədinənin əmisi arvadı Xannənənin və qaynı Babəkin iştirakı ilə Ələkbərə hazırkı məzənnə ilə 12000 (on iki min) manat pul vermişdir. Bundan sonra Ələkbər həmin pulla ev almış, torpağa dair sənədləri isə ona verərək adına rəsmiləşdirməsini istəmişdir. Ələkbər Rusiya Federasiyasının vətəndaşı olduğundan çox vaxt Rusiyada olmuşdur. O torpaq sahəsini öz adına rəsmiləşdirmək istədikdə həyat yoldaşı qohum olduqlarını, narahatçılığa əsas olmadığını bildirmiş və torpaq sahəsinin Ələkbər Dövlətovun adında qalmasını xahiş etmişdir. O da həyat yoldaşı ilə razılaşmışdır.1993-cü ildən həmin torpaq sahəsindən istifadə edir və hazırda da həmin torpaq sahəsi bütövlükdə onun (Cavabdeh) istifadəsindədir. Həmin torpaq sahəsi bataqlıq ərazidə yerləşdiyindən ora torpaq tökdürməklə yararlı vəziyyətə gətirmiş və orada quyu qazdırmışdır. Ötən müddət ərzində bir dəfə də olsun aralarında narazılıq olmamışdır, lakin son zamanlar X10 Dövlətov torpaq sahəsindən çıxmasını tələb etməyə başlamış, hətta polis şöbəsinə də müraciət etmişdir. Ələkbər Dövlətova verdiyi pul İddiaçı tərəfindən qaytarılacağı təqdirdə torpaq sahəsindən çıxmağa etiraz etmir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN 246A saylı (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon X16 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X8, İddiaçı, X9 və X3 mülkiyyətinə Cəlilabad rayonunun Svetlaya-Zarya (indiki Muğan) kəndinin ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə ilk növbədə ilk iddiaya qiymət verərək hesab edir ki, ilk iddia əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon X16 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X8, İddiaçı, X9 və X3 mülkiyyətinə Cəlilabad rayonunun Svetlaya-Zarya (indiki Muğan) kəndinin ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair İddiaçı və ailə üzvlərinin adına JN 246A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsini dəyərini ödəməklə X6 aldığını iddia edərək, torpaq sahəsindən çıxmaqdan imtina edir. Buna görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsini dəyərini ödəməklə aldığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, qarşılıqlı iddiaçı Cavabdeh torpağı X6 aldığını və bunun müqabilində ona pul ödədiyini bildirsə də, qarşılıqlı iddianı Cavabdeh qarşı verərək tələbini ona yönəltmişdir. Halbuki, qarşılıqlı iddiaçı Cavabdeh həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsini dəyərini ödəməklə X6 aldığını göstərmişdir. Belə halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqı iddiası əsassızdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Qarşlıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh JN 246A saylı (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamyə əsasən ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Muğan (keçmiş Svetlaya-Zarya) kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi ilk İddiaçı qaytarılsın. Qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh Xaqoğlan oğlundan 100 (bir yüz) manat dövlət rüsumu alınaraq ilk iddiaçı (qarşılıqlı idia üzrə cavabdeh) İddiaçı verilsin. Qarşılıqlı iddaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşlıqlı iddia üzrə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-373/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-373/2023
09.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver